Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya yeni mərkəz yaradır

Bayraqlar - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Yaradılacaq mərkəz kiçik və orta biznesin Azərbaycan və Rusiya Federasiyası, eləcə də üçüncü ölkələrin bazarlarına çıxışına dəstək mexanizmi rolunu oynayacaq.
BAKI, 28 aprel — Sputnik. Azərbaycan və Rusiya Əməkdaşlıq Əlaqələri Mərkəzi yaradır. Mərkəzin yaradılması barədə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında razılıq əldə olunub.
Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, yaradılacaq mərkəz kiçik və orta biznesin Azərbaycan və Rusiya Federasiyası, eləcə də üçüncü ölkələrin bazarlarına çıxışına dəstək mexanizmi rolunu oynayacaq.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayevin və Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçukun sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin çox müsbət dinamikaya malik olduğu diqqətə çatdırılaraq, ticarət dövriyyəsinin 2021-ci ildə 12 faizdən çox artaraq 3 milyard ABŞ dollarına çatdığı məmnunluqla qeyd edilib. Bu müsbət tendensiyanın cari ilin ilk kvartalında da davam etdiyi bildirilərək qarşılıqlı ticarətin 8 faizə yaxın artdığı vurğulanıb.
Qarşılıqlı investisiya sahəsində əməkdaşlığın genişləndiyi diqqətə çatdırılıb. Bu baxımdan mütəmadi işgüzar missiyaların, həmçinin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının rolu müsbət qiymətləndirilib.
Rusiya şirkətlərindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi üçün 17 layihə üzrə müraciətlərin daxil olduğu bildirilib.
Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. 2020-ci illə müqayisədə ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının 6,3 faiz artdığı məmnunluqla bildirilib. Cari ilin ilk kvartalında isə 7 faiz artımın qeydə alındığı vurğulanıb.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirilərək bu sahədə geniş imkanların açıldığı diqqətə çatdırılıb. İki ölkə arasında avtomobil daşımalarının həcminin ötən il 6,6 faiz, tranzit daşımalarının isə 14,3 faiz artdığı xüsusi vurğulanıb. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq layihə çərçivəsində görülən işlərdən bəhs olunub. Bildirilib ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirən digər ölkələrin də inkişafında müsbət rol oynayacaq, ticari-iqtisadi əlaqələrini genişləndirəcək.
İki ölkə arasında humanitar sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəbin olduğu diqqətə çatdırılıb.
Cari ilin birinci kvartalında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayının 2020-ci ilin eyni dövrü ilə müqayisədə 174 faiz artdığı bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0