https://sputnik.az/20220504/qus-eti-istehsalcilarina-guzestli-kredit-ayrila-biler-441645944.html
Quş əti istehsalçılarına güzəştli kredit ayrıla bilər
Quş əti istehsalçılarına güzəştli kredit ayrıla bilər
Sputnik Azərbaycan
Nazirlər Kabinetinin qərarına əsasən, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağı... 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T23:29+0400
2022-05-04T23:29+0400
2022-05-04T23:29+0400
azərbaycan xəbərləri
iqtisadi
quş əti
güzəştli kredit
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512183_0:139:3096:1881_1920x0_80_0_0_16d0a9ab82050084803932c0088362c1.jpg
BAKI, 4 may — Sputnik. Azərbaycanın quş əti və yumurta istehsalçıları ölkədə 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün 40 mln. manata yaxın vəsaitin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit şəklində ayırmasını təklif ediblər."Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası"ndan verilən məlumata görə, bu məsələyə dair Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli ilə Fondun rəhbəri Osman Xalıyev arasında görüş keçirilib.Mürvət Həsənlinin sözlərinə görə, qeyd olunan kredit məbləği bir il ərzində geri qaytarıla bilər.Görüşdə quş əti istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.Öz növbəsində Osman Xalıyev Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağını bildirib.Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün hesab olunmur. Lakin Fondun rəhbəri bildirib ki, bu məsələ təmsil etdiyi qurumun Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacaq.Quş əti istehsalçıları marketlərdən şikayət ediblərQeyd edək ki, bundan öncə "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.Məktubda Dövlət Xidmətindən aşağıdakı problemlərin aradan qaldırılmasında yardımçı olması xahiş edilib.Marketlər pərakəndə ticarətdə üstün mövqelərindən istifadə edib istehsalçılarla qeyri-bərabər, onların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar. Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur.Marketlərin demək olar ki, heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.Marketlərin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil. Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2%-dən xeyli yüksək – 6-7%-dən, bəzən 10%-dən çox olur.Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, onlar aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5%-ni "cashback" kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2% əlavə ödəniş tələb edirlər.Bəzi marketlərdə müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəliş də qəbul edilmir.Bəzi marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişinin yalnız rəfdən çıxışı zamanı həyata keçiriləcəyi bəyan edilir. Bu şərt istehsalçının aşağı marjinallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir. Çünki rəfdən məhsulun nə zaman satıldığını yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220426/qus-eti-istehsalcilari-ve-ixracatcilari-marketlerden-sikayet-etdiler-441443946.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512183_202:0:2895:2020_1920x0_80_0_0_191a8e42e0691f62cebd3cc660f909b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iqtisadi, quş əti, güzəştli kredit
iqtisadi, quş əti, güzəştli kredit
Quş əti istehsalçılarına güzəştli kredit ayrıla bilər
Nazirlər Kabinetinin qərarına əsasən, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağı bildirilir.
BAKI, 4 may — Sputnik. Azərbaycanın quş əti və yumurta istehsalçıları ölkədə 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün 40 mln. manata yaxın vəsaitin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit şəklində ayırmasını təklif ediblər.
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası"ndan verilən məlumata görə, bu məsələyə dair Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli ilə Fondun rəhbəri Osman Xalıyev arasında görüş keçirilib.
Mürvət Həsənlinin sözlərinə görə, qeyd olunan kredit məbləği bir il ərzində geri qaytarıla bilər.
Görüşdə quş əti istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.
Öz növbəsində Osman Xalıyev Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağını bildirib.
Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün hesab olunmur. Lakin Fondun rəhbəri bildirib ki, bu məsələ təmsil etdiyi qurumun Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacaq.
Quş əti istehsalçıları marketlərdən şikayət ediblər
Qeyd edək ki, bundan öncə "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.
Məktubda Dövlət Xidmətindən aşağıdakı problemlərin aradan qaldırılmasında yardımçı olması xahiş edilib.
Marketlər pərakəndə ticarətdə üstün mövqelərindən istifadə edib istehsalçılarla qeyri-bərabər, onların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar. Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur.
Marketlərin demək olar ki, heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.
Marketlərin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil. Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2%-dən xeyli yüksək – 6-7%-dən, bəzən 10%-dən çox olur.
Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, onlar aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5%-ni "cashback" kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2% əlavə ödəniş tələb edirlər.
Bəzi marketlərdə müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəliş də qəbul edilmir.
Bəzi marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişinin yalnız rəfdən çıxışı zamanı həyata keçiriləcəyi bəyan edilir. Bu şərt istehsalçının aşağı marjinallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir. Çünki rəfdən məhsulun nə zaman satıldığını yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.