BAKI, 4 may — Sputnik. Nyu-Yorkda Metropoliten Muzeyinin Kostyum İnstitutu üçün məşhur "Met Gala Ball" xeyriyyə tədbiri keçirilib. Hər bir iştirakçının karyerası üçün əlamətdar olan bu moda nümayişində hər il müxtəlif sahələrdən olan ən məşhur şəxslər - aktyorlar, ifaçılar, teleaparıcılar, idmançılar və başqaları iştirak edirlər.Sputnik Azərbaycan "Met Gala"nın qırmızı xalısından ulduzların ən maraqlı geyimlərini təqdim edir.Xüsusilə bu tədbir üçün moda evləri şounun qonaqlarına tək nüsxədə tikilmiş xüsusi geyimlər hazırlayırlar. Layihədə iştirak etmək üçün hətta ulduzlar da təxminən 25 min dollara başa gələn bilet alırlar, masa rezervasiyası isə 200-300 min dollara başa gəlir. Bu il şouda 400-ə yaxın məşhur iştirak edib.Gecənin mövzusu 1870-1900-cü illəri əhatə edən "ABŞ-ın Qızıl Dövrü"nə həsr olunub. Bir çoxları mövzunu hərfi mənada qəbul etdilər - qırmızı xalı kameraların işığından deyil, qonaqların geyimlərindəki daşlardan parıldayırdı. Bununla belə, bəzi ulduzlar başqa rənglərə də üstünlük verdilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məşhurlar ABŞ-ın ən çox gözlənilən moda layihəsində geyimlərini nümayiş etdiriblər.
BAKI, 4 may — Sputnik. Nyu-Yorkda Metropoliten Muzeyinin Kostyum İnstitutu üçün məşhur "Met Gala Ball" xeyriyyə tədbiri keçirilib. Hər bir iştirakçının karyerası üçün əlamətdar olan bu moda nümayişində hər il müxtəlif sahələrdən olan ən məşhur şəxslər - aktyorlar, ifaçılar, teleaparıcılar, idmançılar və başqaları iştirak edirlər.
Sputnik Azərbaycan "Met Gala"nın qırmızı xalısından ulduzların ən maraqlı geyimlərini təqdim edir.
İzabel Bemeke Nyu-Yorkun Metropolitan Muzeyində keçirilən "Met Gala 2022" xeyriyyə tədbirində.
Xüsusilə bu tədbir üçün moda evləri şounun qonaqlarına tək nüsxədə tikilmiş xüsusi geyimlər hazırlayırlar. Layihədə iştirak etmək üçün hətta ulduzlar da təxminən 25 min dollara başa gələn bilet alırlar, masa rezervasiyası isə 200-300 min dollara başa gəlir. Bu il şouda 400-ə yaxın məşhur iştirak edib.
Gecənin mövzusu 1870-1900-cü illəri əhatə edən "ABŞ-ın Qızıl Dövrü"nə həsr olunub. Bir çoxları mövzunu hərfi mənada qəbul etdilər - qırmızı xalı kameraların işığından deyil, qonaqların geyimlərindəki daşlardan parıldayırdı. Bununla belə, bəzi ulduzlar başqa rənglərə də üstünlük verdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.