https://sputnik.az/20220504/gurcustan-azerbaycandan-daxil-olan-neqliyyat-vasitelerinin-sayinda-mehdudiyyet-tetbiq-edib-441650089.html
Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında məhdudiyyət tətbiq edib
Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında məhdudiyyət tətbiq edib
Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T17:24+0400
2022-05-04T17:24+0400
2022-05-04T17:24+0400
azərbaycan xəbərləri
gürcüstan
sərhəd
yük maşını
məhdudiyyət
https://cdnn1.img.sputnik.az/img/42345/03/423450387_0:0:1920:1080_1920x0_80_0_0_01c7e84d7f33ac4db3a3f3d01feff0a9.jpg
BAKI, 4 may — Sputnik. Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı yanlış informasiyalar yayımlanıb. Yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı süni maneələr nəticəsində yarandığı iddia olunur.Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, ölkəmizin ixrac və tranzit imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib. Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb, müasir infrastruktur qurulub.Hazırda ölkəmizin Gürcüstan və Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat axınlarını idarə etməyə imkan verir.Dövlət Gömrük Komitəsi bildirir ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə "tranzit" gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq.Gömrük orqanlarının sərhədkeçmə proseslərində süni maneələr yaratması ilə bağlı irəli sürülən, hər hansı fakta söykənməyən əsassız iddialar isə məsuliyyətsizliyin, qərəzli mövqenin təzahürüdür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/03/423450387_186:0:1893:1280_1920x0_80_0_0_d1b3204de2325e389496e21c02b67da7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gürcüstan, sərhəd, yük maşını, məhdudiyyət
gürcüstan, sərhəd, yük maşını, məhdudiyyət
Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında məhdudiyyət tətbiq edib
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq
BAKI, 4 may — Sputnik. Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı yanlış informasiyalar yayımlanıb. Yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı süni maneələr nəticəsində yarandığı iddia olunur.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, ölkəmizin ixrac və tranzit imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib. Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb, müasir infrastruktur qurulub.
Hazırda ölkəmizin Gürcüstan və Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat axınlarını idarə etməyə imkan verir.
Dövlət Gömrük Komitəsi bildirir ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə "tranzit" gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.
Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.
Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq.
Gömrük orqanlarının sərhədkeçmə proseslərində süni maneələr yaratması ilə bağlı irəli sürülən, hər hansı fakta söykənməyən əsassız iddialar isə məsuliyyətsizliyin, qərəzli mövqenin təzahürüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.