https://sputnik.az/20220504/ermeni-muxalifeti-yerevanda-kuceleri-bagladi-7-neferi-polis-saxlayib-441629684.html
Erməni müxalifəti Yerevanda küçələri bağladı: 7 nəfəri polis saxlayıb
Erməni müxalifəti Yerevanda küçələri bağladı: 7 nəfəri polis saxlayıb
Sputnik Azərbaycan
Erməni mətbuatı yazır ki, Yerevanın mərkəzində bir sıra küçələr müxalifət tərəfdarları tərəfindən hərəkətə bağlanıb. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T12:16+0400
2022-05-04T12:16+0400
2022-05-04T12:16+0400
yerevan
dünya xəbərləri
ermənistan
mitinq
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0a/426668101_0:0:2730:1537_1920x0_80_0_0_85d4d748188c6330378cdf171a60e243.jpg
BAKI, 4 may — Sputnik. Yerevanda polis Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 7 etirazçını saxlayıb. Saxlanılanlar polis şöbələrinə aparılıblar. Etirazçılar Yerevanda bir sıra mühüm nəqliyyat qovşaqlarını bağlayıblar.Qeyd edək ki, bu gün Yerevanda Paşinyanın istefasını tələb edən müxalifət yenidən küçələri qapadıblar. Məlumata görə metronun "Dostluq" (Barekamutyun) stansiyası yaxınlığında Kiyevyan küçəsi yük maşınları tərəfindən hərəkətə bağlanıb. Bundan əlavə, müxalifət Marşal Baqramyan prospektinə, adı çəkilən stansiyadan şəhərin mərkəzində Yerevan Opera Teatrına gedən yolları bağlayıb.Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət Yerevan-Sevan əsas magistral yolunu bağlamışdı.Ermənistan müxalifəti aprelin 25-dən etibarən ölkənin hər yerində etiraz aksiyaları keçirir. Onlar hazırkı Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin ölkənin maraqları üçün destruktiv xarakter daşıdığını və erməni dövlətçiliyini itirməklə hədələdiyini iddia edirlər.Xatırladaq ki, çərşənbə axşamı müxalifət Yerevan küçələrini və respublikanın əsas magistral yollarını bağlayaraq genişmiqyaslı etiraz aksiyaları keçirib.Polis səhər saatlarında paytaxt küçələrini bağlayan müxalifətin 70 nümayəndəsinin həbs olunduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220503/pasinyanin-eleyhdarlari-yerevan-sevan-magistral-yolunu-baglayiblar-441615711.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0a/426668101_0:0:2730:2048_1920x0_80_0_0_00614237b90622a9c5bb8b1ca374b167.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yerevan, ermənistan, mitinq
yerevan, ermənistan, mitinq
Erməni müxalifəti Yerevanda küçələri bağladı: 7 nəfəri polis saxlayıb
Erməni mətbuatı yazır ki, Yerevanın mərkəzində bir sıra küçələr müxalifət tərəfdarları tərəfindən hərəkətə bağlanıb.
BAKI, 4 may — Sputnik. Yerevanda polis Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 7 etirazçını saxlayıb.
Saxlanılanlar polis şöbələrinə aparılıblar. Etirazçılar Yerevanda bir sıra mühüm nəqliyyat qovşaqlarını bağlayıblar.
Qeyd edək ki, bu gün Yerevanda Paşinyanın istefasını tələb edən müxalifət yenidən küçələri qapadıblar. Məlumata görə metronun "Dostluq" (Barekamutyun) stansiyası yaxınlığında Kiyevyan küçəsi yük maşınları tərəfindən hərəkətə bağlanıb. Bundan əlavə, müxalifət Marşal Baqramyan prospektinə, adı çəkilən stansiyadan şəhərin mərkəzində Yerevan Opera Teatrına gedən yolları bağlayıb.
Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət Yerevan-Sevan əsas magistral yolunu bağlamışdı.
Ermənistan müxalifəti aprelin 25-dən etibarən ölkənin hər yerində etiraz aksiyaları keçirir. Onlar hazırkı Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin ölkənin maraqları üçün destruktiv xarakter daşıdığını və erməni dövlətçiliyini itirməklə hədələdiyini iddia edirlər.
Xatırladaq ki, çərşənbə axşamı müxalifət Yerevan küçələrini və respublikanın əsas magistral yollarını bağlayaraq genişmiqyaslı etiraz aksiyaları keçirib.
Polis səhər saatlarında paytaxt küçələrini bağlayan müxalifətin 70 nümayəndəsinin həbs olunduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.