https://sputnik.az/20220504/cinden-almaniyaya-geden-yuk-qatari-azerbaycana-yola-salinib-441635979.html
Çindən Almaniyaya gedən yük qatarı Azərbaycana yola salınıb
Çindən Almaniyaya gedən yük qatarı Azərbaycana yola salınıb
Sputnik Azərbaycan
Yük qatarındakı konteynerlər Qazaxıstandan “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T14:27+0400
2022-05-04T14:27+0400
2022-05-04T14:27+0400
qatar
azərbaycan xəbərləri
"azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti
xəzər donanması
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441635951_20:0:1000:551_1920x0_80_0_0_6ededd159fec7778ac3e93a8157e0a8a.png
BAKI, 4 may — Sputnik. Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, "Maestro Niyazi" fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.Qeyd edək ki, "Maestro Niyazi" gəmisinin uzunluğu 140,33, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5500 tondur."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211021/azerbaycan-xezer-deniz-gemiciliyi-xarici-sularda-fealiyyetini-genislendirir-434453476.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441635951_265:0:1000:551_1920x0_80_0_0_c70c0aa637fcb3b600d6836ed400bd9f.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qatar, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti, xəzər donanması
qatar, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti, xəzər donanması
Çindən Almaniyaya gedən yük qatarı Azərbaycana yola salınıb
Yük qatarındakı konteynerlər Qazaxıstandan “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
BAKI, 4 may — Sputnik. Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.
ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, "Maestro Niyazi" fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.
Qeyd edək ki, "Maestro Niyazi" gəmisinin uzunluğu 140,33, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5500 tondur.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.