Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

© AFP 2024 / PATRICK T. FALLONSahədə fermerlər, arxiv şəkli
Sahədə fermerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Azərbaycan bu sahədə Rusiya ilə əməkdaşlıq edəcək. Yeni aqrokimyəvi maddə bitkilərin məhsuldarlığının artırılmasında mühüm rol oynayır.
BAKI, 4 may — Sputnik. Aqrar İnnovasiya Mərkəzi ilə Rusiyanın "Evrika" Elmi-İstehsalat Mərkəzi arasında "Rostok" adlı yeni aqrokimyəvi maddənin ölkədə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən Kənd Təsərrüfatı Nazirliyininin elmi-tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında 27 hektar sahədə, 12 müxtəlif kənd təsərrüfatı bitkisi üzərində yeni aqrokimyəvi maddənin sınaqlarının aparılması nəzərdə tutulub.
Nazirliyin məlumatına görə, yeni aqrokimyəvi maddə bitkilərin məhsuldarlığının və stres amillərin təsirinə qarşı davamlılığının artırılmasında, eləcə də böyümə və inkişafının tənzimlənməsində mühüm rol oynayır.
© Sputnik / Кирилл Брага / Mediabanka keçidVolqoqrad, "Rostok" istixana təsərrüfatı
Тепличное хозяйство Росток в Волгоградской области - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Volqoqrad, "Rostok" istixana təsərrüfatı
Bu maddənin Elmi-Tədqiqat İnstitutlarının təcrübə təsərrüfatlarında sınaqdan keçirilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yeni aqrokimyəvi maddənin müəssisələr arasında bölgüsü keçirilib.
Tədbirdə kənd təsərrüfatı sahəsində yerli və xarici şirkətlərlə həyata keçirilən birgə layihələr, sınağa cəlb ediləcək "Rostok" adlı aqrokimyəvi maddənin kimyəvi tərkibi, istifadə qaydaları, üstünlükləri barədə Aqrar İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən məlumat verilib.
Tədbirin yekununda sınaq məqsədilə Azərbaycana gətirilən yeni aqrokimyəvi maddənin müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində tətbiq edilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi kənd təsərrüfatı sahəsi üzrə innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin tətbiqi, təbliği və təşviqi üzrə metodiki və praktiki dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0