Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ-nin Rusiya neftindən imtina etməsi müvəqqəti tədbirdir - Burlakov

© Photo : Пресс-служба Госдумы РФ / Mediabanka keçidSergey Burlakov
Sergey Burlakov - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Sergey Burlakov Avropanın Rusiya neftindən imtina etməsini müvəqqəti tədbir adlandırıb.
BAKI, 4 may — Sputnik. Aİ-nin Rusiya neftindən imtina etməsi müvəqqəti tədbir olacaq, çünki Avropa bu cür hərəkətlərin qaçılmaz mənfi iqtisadi nəticələri ilə üzləşəcək. Bunu Rusiya Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Sergey Burlakov bildirib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Rusiyaya qarşı yeni, altıncı sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya neftinin Aİ-yə bütün idxalına mərhələli şəkildə qadağa qoyulmasını təklif edəcək.
"Əminəm ki, Aİ-nin Rusiya neftindən imtina etməsi müvəqqəti tədbirdir. Bu tədbirlər maksimum bir neçə ay davam edəcək. Avropa tezliklə öz qərarına yenidən baxacaq, çünki bunun nəticəsində onlar qaçılmaz mənfi iqtisadi nəticələrlə üzləşəcəklər", - deyə Burlakov bildirib.
O, həmçinin qeyd edib ki, Aİ qazdan imtina etməyib, indiki halda bu mümkün deyil. "Ancaq nefti əvəz etmək olar, amma hələlik yalnız nəzəri cəhətdən. Görək bu praktikada necə işləyəcək. İstisna etmirəm ki, boz sxemlər peyda olacaq və Avropa icazə verilən neftlə qarışdırılmış sanksiyalaşdırılmış neft almağa başlayacaq. Ancaq bu məhsul indikindən çox baha başa gəlir. Avropa rəhbərliyi öz iqtisadiyyatının məhvi üzə çıxan kimi başını tutacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.04.2022
RUSİYA
Aİ-nin Moskva Nümayəndəliyinin 18 əməkdaşı arzuolunmaz şəxs elan edilib
Xəbər lenti
0