Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ-nin Moskva Nümayəndəliyinin 18 əməkdaşı arzuolunmaz şəxs elan edilib

© Sputnik / Владимир БарановRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Xarici İşlər Nazirliyi Moskva səfirini çağıraraq Avropa İttifaqı yanında Rusiyanın daimi nümayəndəliyinin diplomatlarının ölkədən çıxarılmasına etirazını bildirib.
BAKI, 15 aprel - Sputnik. Rusiya Avropa İttifaqının (Aİ) Moskvadakı Nümayəndəliyinin 18 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Qeyd edək ki, Avropa İttifaqının Moskvadakı səfiri XİN-nə çağırılıb.
Rəsmi qurum Avropa İttifaqı yanında Rusiyanın daimi nümayəndəliyinin diplomatlarının ölkədən çıxarılmasına etirazını bildirib.
Bununla yanaşı, Rusiya tərəfi Aİ Moskva nümayəndəliyinin 18 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0