DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papa Ukraynada vəziyyətlə bağlı Putinlə görüşməyə hazırdır

© AP Photo / Andrew MedichiniRoma Papası Fransisk
Roma Papası Fransisk - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Pontifik bu barədə razılığın alınmamasına baxmayaraq həmin istiqamətdə səylərini davam etdirdiyini diqqətə çatdırıb.
BAKI, 3 may - Sputnik. Roma Papası Fransisk Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu bildirib. Bu barədə RİA Novosti İtaliya mətbuatına istinadən xəbər yayıb.
"Müharibənin ilk günündə Ukrayna prezidenti Zelenskiyə zəng etdim, Putinə zəng etmədim. Onunla dekabrda ad günümdə danışdım, amma bu dəfə yox, zəng etmədim. Mən aydınlıq gətirmək istədim. Elə bir jest etmək istədim ki, bütün dünya görsün və bunun üçün Rusiya səfirinin yanına getdim, izahat vermələrini istədim, ona dedim: "xahiş edirəm, dayanın", – deyə pontifik “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Sonra iyirmi günlük müharibədən sonra mən kardinal Parolindən (Vatikan dövlət katibi) Moskvaya getməyə hazır olduğum mesajını Putinə çatdırmağı xahiş etdim. Təbii ki, Kreml rəhbərinin bir neçə pəncərə verməsi lazım idi. Biz hələ cavab almamışıq və Putinin bu görüşü indi keçirə bilməyəcəyindən və keçirmək istəmədiyindən qorxsam da, israr etməyə davam edirik”, - deyən Papa Ukraynadakı hazırkı münaqişəni ötən əsrin 90-cı illərində Ruandadakı vətəndaş müharibəsi ilə müqayisə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0