DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan polisi müxalifətçiləri saxlamağa başlayıb

© © PHOTOLURE via APYerevanda etirazlar, arxiv şəkli
Yerevanda etirazlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Ermənistan müxalifəti hesab edir ki, hakimiyyətin hazırkı siyasəti dövlətçiliyin itirilməsinə gətirə bilər.
BAKI, 3 may - Sputnik. Ermənistan polisi səhər saatlarından baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələrini saxlamağa və Yerevan küçələrini bağlamağa başlayıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Çərşənbə axşamı müxalifət Yerevan küçələrini və respublikanın əsas magistral yollarını bağlamaq üçün genişmiqyaslı etiraz aksiyaları planlaşdırır.
Bazar ertəsi analoji aksiyalar zamanı, rəsmi məlumatlara görə, 244 nəfər saxlanılıb.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkə ərazisində etiraz aksiyaları keçirir. Onların qənaətinə görə, Ermənistan hakimiyyətinin hazırkı siyasəti ölkə üçün dağıdıcıdır və dövlətçiliyin itirilməsinə gətirə bilər.
İcevan və Tiqranaşen şəhərlərindən müxalifətçilərin kolonnaları Yerevana üz tutub, onlar mayın 1-də paytaxta gəlib və mitinqlərdə iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0