Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DSX sərhədi pozanı ələ keçirdi

© Photo : State Border Service (Azerbaijan)Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş əşyalar
Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş əşyalar - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb.
BAKI, 3 may - Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir.
© Photo : State Border Service (Azerbaijan)Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş əşyalar
Контрабанда в доме жителя села Деман Алиева Рахаба  (1983 г.р.). - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş əşyalar
DSX-dan verilən məlumata görə, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.
© Photo : State Border Service (Azerbaijan)Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş dərmanlar
Контрабанда в доме жителя села Деман Алиева Рахаба  (1983 г.р.). - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş dərmanlar
Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.
© Photo : State Border Service (Azerbaijan)Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş siqaretlər
Контрабанда в доме жителя села Деман Алиева Рахаба  (1983 г.р.). - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb evində gizlədilmiş siqaretlər
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 "KENT" və 700 "Marlboro" markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0