https://sputnik.az/20220503/ceyhun-bayramov-ermenistanla-normallasma-prosesini-muzakire-edib-441622296.html
Ceyhun Bayramov Ermənistanla normallaşma prosesini müzakirə edib
Ceyhun Bayramov Ermənistanla normallaşma prosesini müzakirə edib
Sputnik Azərbaycan
Bakıda səfərdə olan Fransa XİN Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Azərbaycan Prezidentindən sonra xarici siyasət idarəsinin başçısı ilə də görüş... 03.05.2022, Sputnik Azərbaycan
2022-05-03T20:57+0400
2022-05-03T20:57+0400
2022-05-04T10:04+0400
ceyhun bayramov
siyasət
fransa
xin
görüş
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438328536_0:0:3077:1731_1920x0_80_0_0_28d6f8369d0a3efaae1cfac6f3f69f34.jpg
BAKI, 3 may - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə danışılıb.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.Bris Rokföy Fransanın Cənubi Qafqazda sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqının sədri kimi ölkəsinin Avropa İttifaqının Azərbaycanla əlaqələrin müxtəlif sahələri üzrə təşəbbüslərini tam dəstəklədiyini deyib.Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, dövlət başçısının ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı xatırlanıb.Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub. Ölkəmizin irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfinin qəbul etdiyini vurğulayan dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib.Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib. Dövlət başçısı, eyni zamanda, Emmanuel Makrona Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladığını xatırladıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438328536_189:0:2918:2047_1920x0_80_0_0_28749e10f745866ec54d254e062660ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, fransa, xin, görüş, emmanuel makron
ceyhun bayramov, fransa, xin, görüş, emmanuel makron
Ceyhun Bayramov Ermənistanla normallaşma prosesini müzakirə edib
20:57 03.05.2022 (Yenilənib: 10:04 04.05.2022) Bakıda səfərdə olan Fransa XİN Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Azərbaycan Prezidentindən sonra xarici siyasət idarəsinin başçısı ilə də görüş keçirib.
BAKI, 3 may - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə danışılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.
Bris Rokföy Fransanın Cənubi Qafqazda sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqının sədri kimi ölkəsinin Avropa İttifaqının Azərbaycanla əlaqələrin müxtəlif sahələri üzrə təşəbbüslərini tam dəstəklədiyini deyib.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, dövlət başçısının ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı xatırlanıb.
Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub. Ölkəmizin irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfinin qəbul etdiyini vurğulayan dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib. Dövlət başçısı, eyni zamanda, Emmanuel Makrona Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladığını xatırladıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.