https://sputnik.az/20220503/azergold-mehsul-siyahisini-genislendirib-441615494.html
"AzerGold" məhsul siyahısını genişləndirib
"AzerGold" məhsul siyahısını genişləndirib
Sputnik Azərbaycan
Qızıl külçələr kolleksiyasına müxtəlif çəkilərdə qızıl külçələr əlavə edilib. Qızılın dünya birjasındakı cari qiymətinə uyğun olaraq məhsulların geri alışı ... 03.05.2022, Sputnik Azərbaycan
2022-05-03T12:31+0400
2022-05-03T12:31+0400
2022-05-03T12:32+0400
iqtisadiyyat
azergold
qızıl
mal
https://cdnn1.img.sputnik.az/img/07e6/05/03/441614504_0:85:1618:995_1920x0_80_0_0_d2626f6b8287de7cd9c1df84f32e2cf5.jpg
BAKI, 3 may - Sputnik. "AzerGold" QSC tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb. Bu barədə "AzerGold" QSC-dən bildirilib.Belə ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib.Satışa çıxarılan məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.Xatırladaq ki, "AzerGold" QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilib. Üç müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının "Çələbi" naxışının əks olunub.2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə "Şuşa" və "Qarabağ" qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/03/441614504_89:0:1529:1080_1920x0_80_0_0_60dff019589d016c05e8dc6b6df9b6e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azergold, qızıl, mal
"AzerGold" məhsul siyahısını genişləndirib
12:31 03.05.2022 (Yenilənib: 12:32 03.05.2022) Qızıl külçələr kolleksiyasına müxtəlif çəkilərdə qızıl külçələr əlavə edilib. Qızılın dünya birjasındakı cari qiymətinə uyğun olaraq məhsulların geri alışı - mübadiləsi də təmin edilir.
BAKI, 3 may - Sputnik. "AzerGold" QSC tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb. Bu barədə "AzerGold" QSC-dən bildirilib.
Belə ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib.
Satışa çıxarılan məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.
Xatırladaq ki, "AzerGold" QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilib. Üç müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının "Çələbi" naxışının əks olunub.
2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə "Şuşa" və "Qarabağ" qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.