CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uçmaq üzrə olan binada həyat: Yuxarı mərtəbələrə qalxmaq üçün kəndirbaz olmaq lazımdır

© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Mingəçevirdə yerləşən mehmanxana binasında məskunlaşan məcburi köçkünlər binaya qalxıb-düşən uşaqlardan daha çox narahatdılar.
BAKI, 2 may — Sputnik. Mingəçevirdə 80-ə yaxın məcburi köçkün ailəsinin yaşadığı mehmanxana binası qəzalı vəziyyətdədir. "Nur şəhəri"n də yerləşən altımərtəbəli bina müasir görünüşü ilə diqqət çəksə də, içərisinə daxil olduqda o mənzərənin əksi görünür.
Şəhərin Heydər Hüseynov küçəsində yerləşən qəzalı binada Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər yerləşib. Çölü yenilik, içərisi köhnəlik olan binanın 6-cı mərtəbəsinə qalxınca, yaşlı sakinlər sağ qalmaq üçün yaradana dəfələrlə dua edirlər. Buranın uçuq-sökük pilləkənlərini salamat keçən cavanların isə ən azı kəndirbazlıq bacarığı olmalıdır. Binanın kiçik sakinlərinin hərəkətində ani diqqətsizlik ağır xəsarət və ya bədbəxt hadisə ilə sona çata bilər.
Ağdam rayonundan məcburi köçkün Elvin Hətəmov binanın acınacaqlı durumu barədə deyib:
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Mingəçevirdə qəzalı yataqxana
"Bura illər öncə mehmanxana binası kimi tikilib, amma inşaat prosesi başa çatdırılmayıb. 30 ilə yaxındır, binada Ağdam, Kəlbəcər, Cəbrayıl rayonlarından olan məcburi köçkün ailələri məskunlaşıb. Az sayda yerli sakinlər də var. Bir neçə gün öncə güclü külək binanın ən üst mərtəbəsindən iri daş parçalarını tökərək pilləkəni uçurdu. İndi çox təhlükəli vəziyyət yaranıb. Özümüzdən çox azyaşlı uşaqlarımızdan narahatıq. Məcburuq ki, hər səhər uşağı durub uçuq pilləkəndən qorxa-qorxa düşürək, məktəbdən gələndə də əlimizlə keçirək ki, yıxılıb xəsarət almasınlar. Biz böyüklər də sanki kəndirbazıq, məcbur olub uçan hissələrdən özümüzü tarazlayıb keçirik. Çox qorxuldur, hər an uça bilər, altında insan da qalar. Burada hər saniyə təhlükə artır".
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Mingəçevirdə qəzalı yataqxana
Bir addım atsam, bəlkə də həyatda olmazdım....
Binanın yaşlı sakini olan Vahim Əhmədov yuxarı mərtəbəyə qalxan zaman iri beton parçaları onun olduğu hissəyə tökülüb. Yaşlı kişinin yerində qalıb, addım atmaması onu ölümdən qurtarıb:
"Yuxarı mərtəbəyə çıxırdım, bir də gördüm üst mərtəbənin pillkəni uçub töküldü. Həyəcanlanıb bilmədim nə edim? Dayandım, qaça bilmədim. İri beton parçları gəlib önümə töküldü. Üst-başım toz-torpaq oldu. Göydən bir neçə dəqiqə daş, çınqıl yağdı. Yuxarı mərtəbədə uşaqlar vardı. Yaxşı ki, anaları yanında olub. Yoxsa onlar da uçan yerdən aşağı düşərdilər. Ölümdən məni saniyələr ayırdı, bircə addım qabağa atsaydım, ağır xəsarət alacaqdım, bəlkə də heç bu gün yaşamırdım."
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Mingəçevirdə qəzalı yataqxana
Binanın yüksək mərtəbələrinə qalxdıqca, sanki ucqar dağ kəndlərində taxtadan, kərpicdən tikilən kiçik evlər, natəmiz ərazi gözə dəyir. Kəlbəcər sakini Mahirə Musayeva binanın uçuq-sökük yerlərini, lift üçün nəzərdə tutulan hissələri çəpərləyib övladlarını təhlükədən qoruduqlarını deyib:
"30 ilə yaxındır Kəlbəcərdən məcburi köçkün düşüb, bu təhlükəli binada yaşayırıq. Binamız çöldən gözəl görünür, amma içərisi çox qorxuludur. Liftin açıq hissələrinə çəpər çəkib yoldaşım, azyaşlı nəvələrimizə görə. Uşaq ora yaxınlaşsa, düşsə, sağ tapa bilmərik. O gün də şüşə göydən düşdü. Yaxşı ki, başıma dəyib məni yaralayıb öldürmədi. Vəziyyətimiz göz qabağındadır. Çox çətin vəziyyətdə yaşayırıq. Hansı quruma da gedirik, deyirlər, "bizlik deyil"."
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Mingəçevirdə qəzalı yataqxana
80-nə yaxın Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarından məcburi köçkün ailəsinin yaşadığı yarımçıq mehmanxananın təhlükəli vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitədən Sputnik Azərbaycan-a bildirildi ki, məsələdən xəbərdardırlar. Lakin onlar bu binanı təmir edə bilməzlər:
"Mingəçevir şəhəri Heydər Hüseynov küçəsində yerləşən inşası yarımçıq qalmış mehmanxana binasında uzunmüddətli istismar nəticəsində aşınmalar baş verib. Binada təmir və bərpa işlərinin aparılması texniki və iqtisadi cəhətdən mümkün deyil. Bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiq edilmiş büdcəsində məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə yalnız cari təmir işlərinin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulur."
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0