DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Rusiyaya qarşı sanksiyaların ləğvinə dair şərtləri açıqlayıb

© AFP 2024 / Michael Kappeler / POOLOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Almaniyanın kansleri Olaf Şolts deyib ki, Rusiya-Ukrayna məsələsində kimsə yüksək səslə tələb etdiyi üçün ehtiyatsız davranmayacaqlar.
BAKI, 2 may - Sputnik. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi Kiyev və Moskva arasında razılıq əldə edilmədən mümkün deyil.
Bunu "CDF" telekanalının efirində Almaniyanın kansleri Olaf Şolts deyib.
"Rusiya və Ukrayna arasında razılıq əldə edilmədən biz sanksiyaları ləğv etməyəcəyik", - deyə kansler bildirib. Onun sözlərinə görə, bu "zorla qəbul etdirilmiş sülh" olmamalıdır.
Kansler qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini, o cümlədən müdafiə sahəsində davam etdirəcək, lakin fikirləşmədən hərəkət etməyəcək.
Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya Ukraynanı dəstəkləyir. “Biz onları dəstəkləməyə davam edəcəyik. Lakin kimsə yüksək səslə tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur", - deyə O.Şolts bildirib.
"Verdiyimiz hər bir qərarın gətirib çıxaracağı nəticələr barədə də düşünürük", - deyə kansler əlavə edib.
Neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2022
RUSİYA
Rusiya neft və qazından imtina yanacağın qiymətlərinə zərbə vuracaq - Kristian Lindner
Xəbər lenti
0