Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə dəvət edilib

© AP Photo / Burhan OzbiliciTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Azərbaycan və Türkiyə liderləri Ramazan bayramı münasibəti ilə bir-birilərini təbrik ediblər.
BAKI, 2 may - Sputnik. Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında - Sputnik Azərbaycan, 1920, 02.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident: "Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir"
Xəbər lenti
0