https://sputnik.az/20220502/gozunuzu-ovusdurmayin---bu-gorme-qabiliyyetini-azaldir-ve-muxtelif-xestelikler-yaradir-441598255.html
Gözünüzü ovuşdurmayın - bu, görmə qabiliyyətini azaldır və müxtəlif xəstəliklər yaradır
Gözünüzü ovuşdurmayın - bu, görmə qabiliyyətini azaldır və müxtəlif xəstəliklər yaradır
Sputnik Azərbaycan
Kompüterdən uzun müddət istifadə edən və şiddətli allergiya şikayətləri olan gənclərdə göz ovuşdurmaq keratokonus xəstəliyinin inkişafına səbəb olur. 02.05.2022, Sputnik Azərbaycan
2022-05-02T06:15+0400
2022-05-02T06:15+0400
2022-05-02T09:59+0400
səhiyyə
göz
göz təzyiqi
https://cdnn1.img.sputnik.az/img/42189/05/421890519_0:161:3069:1887_1920x0_80_0_0_48e4e4e09644e38462127d955e65eba9.jpg
BAKI, 2 may - Sputnik. Gözün şəffaf qatını genişləndirən və müalicə edilmədiyi təqdirdə görmə itkisinə səbəb olan keratokonus xəstəliyi əllərdən gözə yoluxur.Keratokonus gözün xarici kənarındakı şəffaf təbəqənin nazilməsi distrofiyaya səbəb olur. Ümumiyyətlə yeniyetməlik dövründən başladığı düşünülən keratokonus, 20 - 40 yaş arasında inkişaf edir və əksər xəstəlikləri sürətləndirir. Kompüterdən uzun müddət istifadə edilməsi və şiddətli allergiya şikayətləri olan gənclərdə göz ovuşdurmağın bu xəstəliyin inkişafına səbəb olduğu düşünülür. Adətən gec diaqnoz qoyulan keratokonus vaxtında müalicə olunmazsa, gözün sürətlə zəifləməsinə gətirib çıxarır.Astiqmatizmi 2 dərəcədən yüksək olan və problemi optik eynəklə tamamilə həll edilə bilməyən xəstələrdə erkən diaqnoz üçün hər il görmə qabiliyyəti müayinələrindən keçmək lazımdır.Keratokonusun ən tipik əlaməti 8 aydan bir yeni eynəyin təyin olunmasıdır. Eynək nömrəsinə görə mütəxəssisə müraciət edərkən kornea qalınlığını mütləq yoxlatmaq vacibdir.Görünüşdə bulanıqlıq, işığa həssaslıq, düz xətləri əyilmiş və ya dalğalı görmək, gözlərdə qızartı və şişməsi bu xəstəliyin əlamətləridir.Keratokonus xəstəliyinin müalicəsi mərhələyə uyğun olaraq planlaşdırılır. Erkən mərhələlərdə sərt kontakt linzalar istifadə olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42189/05/421890519_168:0:2899:2048_1920x0_80_0_0_0d326c25c73992e70a176722d65184b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
göz, göz təzyiqi
Gözünüzü ovuşdurmayın - bu, görmə qabiliyyətini azaldır və müxtəlif xəstəliklər yaradır
06:15 02.05.2022 (Yenilənib: 09:59 02.05.2022) Kompüterdən uzun müddət istifadə edən və şiddətli allergiya şikayətləri olan gənclərdə göz ovuşdurmaq keratokonus xəstəliyinin inkişafına səbəb olur.
BAKI, 2 may - Sputnik. Gözün şəffaf qatını genişləndirən və müalicə edilmədiyi təqdirdə görmə itkisinə səbəb olan keratokonus xəstəliyi əllərdən gözə yoluxur.
Keratokonus gözün xarici kənarındakı şəffaf təbəqənin nazilməsi distrofiyaya səbəb olur. Ümumiyyətlə yeniyetməlik dövründən başladığı düşünülən keratokonus, 20 - 40 yaş arasında inkişaf edir və əksər xəstəlikləri sürətləndirir. Kompüterdən uzun müddət istifadə edilməsi və şiddətli allergiya şikayətləri olan gənclərdə göz ovuşdurmağın bu xəstəliyin inkişafına səbəb olduğu düşünülür. Adətən gec diaqnoz qoyulan keratokonus vaxtında müalicə olunmazsa, gözün sürətlə zəifləməsinə gətirib çıxarır.
Astiqmatizmi 2 dərəcədən yüksək olan və problemi optik eynəklə tamamilə həll edilə bilməyən xəstələrdə erkən diaqnoz üçün hər il görmə qabiliyyəti müayinələrindən keçmək lazımdır.
Keratokonusun ən tipik əlaməti 8 aydan bir yeni eynəyin təyin olunmasıdır. Eynək nömrəsinə görə mütəxəssisə müraciət edərkən kornea qalınlığını mütləq yoxlatmaq vacibdir.
Görünüşdə bulanıqlıq, işığa həssaslıq, düz xətləri əyilmiş və ya dalğalı görmək, gözlərdə qızartı və şişməsi bu xəstəliyin əlamətləridir.
Keratokonus xəstəliyinin müalicəsi mərhələyə uyğun olaraq planlaşdırılır. Erkən mərhələlərdə sərt kontakt linzalar istifadə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.