https://sputnik.az/20220501/zaqatalada-sahibsiz-itler-ucun-kiraye-siginacaq-merhemet-baha-basa-gelir-441554931.html
Zaqatalada sahibsiz itlər üçün kirayə sığınacaq: Mərhəmət baha başa gəlir
Zaqatalada sahibsiz itlər üçün kirayə sığınacaq: Mərhəmət baha başa gəlir
Sputnik Azərbaycan
Zaqatalada 11 aya yaxındır ki, itlər saxlanan sığınacağın icarə haqqı və heyvanların gündəlik qidaları yardımsevərlərin dəstəyi ilə qarşılanır. 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T22:00+0400
2022-05-01T22:00+0400
2022-05-16T18:23+0400
it
cəmiyyət
sahibsiz it
sahibsiz itlər
zaqatala
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441478165_0:0:1920:1080_1920x0_80_0_0_f3f23baae298bf2d34af8a9b11727c4c.jpg
BAKI, 1 may — Sputnik. Sahibsiz itlərə sahib çıxır, onları qida ilə təmin edir. Söhbət Zaqatala rayon sakini Nizami Ramazanovdan gedir. O bu işə 10 il əvvəl bacısı ilə birgə öz evlərində bir neçə sahibsiz itin qayğısını çəkməklə başlayıb."Zaqatala rayonunda bacımla birgə 10 ildir bu işlə, sahibsiz heyvanların müdafiəsi ilə məşğuluq. 10 il öz hesabımıza evdə baxmışıq, yüzlərlə heyvan xilas eləmişik. Bakıya aparıb gətirmişik, evdə müalicə eləmişik. Evimizdə 10-15 it olub həmişə", - deyə Nizami Ramazanov qeyd edib.Nizami Ramazanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib ki, xüsusi sevgi və qayğıya möhtac olan bu canlıların baxımı və sağlamlığına diqqət etmək olduqca vacibdir. Lakin bölgələrdə heyvanlar üçün sağlamlıq mərkəzinin olmaması səbəbindən bir çox heyvansevər əziyyət çəkir. Belə rayonlardan biri də Zaqataladır. Küçədə yaşamağı bacarmayan, lakin buna məhkum edilən canlılar təhlükələrlə üzləşir və onların ortalama ömrü qısalır. Nizami daha çox heyvana qulluq edə bilmək üçün 1 il əvvəl ayrıca yer icarəyə götürüb."Son bir ildə biz qərara gəldik ki, daha çox heyvanı xilas edək. Ona görə də bu yeri icarəyə götürdük. Buranın aylıq 350 manat icarə haqqı var. Heyvansevərlərin yardımları nəticəsində artıq 1 ilə yaxındır ki, burada fəaliyyətdəyik", – deyə həmsöhbətimiz bildirib. Heyvansevər qeyd edir ki, sığınacaqdakı itlərin əksəriyyətinin əvvəllər sahibi olub. Təəssüf ki, it xəstə olduğundan, yaxud da başqa səbəbdən sahibləri onları tərk edib. 11 aya yaxındır ki, itlər saxlanan sığınacağın icarə haqqı və heyvanların gündəlik qidaları digər yardımsevərlərin dəstəyi ilə qarşılanır. Lakin özlərinə məxsus xüsusi sığınacağın olmaması xeyli çətinlik yaradır."Sadəcə bizim çətinliyimiz yerlə bağlıdır. İndi yerləşdikləri məkan yaşayışın sıx olduğu və mərkəzə yaxın ərazidir. İtlərin səs-küyü yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olur. Qonşular itlərin hürməsinə və səs-küyə görə narazıdırlar. Yerin sahibi də bizi çıxarır, burada 10-15 günümüz qalıb. Buradan çıxmalıyıq, yer də tapa bilmirik. Bizə şəhərdən, yaşayış yerindən uzaqda bir yer lazımdır", - Nizami Ramazanov deyib.O qeyd edib ki, məqsədləri sahibsiz küçə itləri problemini həll etməkdir. Bu problemdən yeganə çıxış yolu isə onları əməliyyatla qısırlaşdırmaqdır:"Bizim burada itləri çoxaltmaq məqsədimiz yoxdur. Məsələnin həll yolu qısırlaşdırmadır. Vurmaq, öldürmək, zəhərləmək - bunlar çıxış yolu deyil. Biz çalışırıq ki, artımın qarşısını alaq. Öz hesabımıza burada bir neçə iti qısırlaşdırmışıq. Bu, böyük xərcdir. İti buradan Bakıya apar, gətir, nəqliyyat xərci, həkim xərci. Bir iti qısırlaşdırmaq 80 manatdır. Bu gün biz bu işə başlasaq, bəlkə də 1-2 ilə sahibsiz itlər məsələsi həll olunar". Sığınacaqda qayğı göstərilən itlərin böyük əksəriyyəti Zaqatala və yaxın rayonlardan gətirilən xəstə, yaralı heyvanlardır. Lakin, burada Şirvandan, digər uzaq rayon və şəhərlərdən gətirilən heyvanlar da var. Digər tərəfdən, nəinki rayonda, hətta bölgədə belə itlər üçün ixtisaslaşmış ayrıca baytar həkim, müalicə mərkəzləri yoxdur. Odur ki, yaralı və xəstə itlər müalicə üçün hər dəfə paytaxt Bakıya aparılır. "Bölgədə yalnız mal-qara, iribuynuzlu heyvanlar üçün baytar var. İt-pişik üçün baytarlıq klinikası yoxdur. Ona görə də məcburuq ki, ilkin tibbi yardımı özümüz edək. Qalanını da Bakıya apararaq xilas edirik", - heyvansevər əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441478165_240:0:1680:1080_1920x0_80_0_0_ccf5516577a1dc86b6c1c8eac4865a57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
it, sahibsiz it, sahibsiz itlər, zaqatala
it, sahibsiz it, sahibsiz itlər, zaqatala
Zaqatalada sahibsiz itlər üçün kirayə sığınacaq: Mərhəmət baha başa gəlir
22:00 01.05.2022 (Yenilənib: 18:23 16.05.2022) Zaqatalada 11 aya yaxındır ki, itlər saxlanan sığınacağın icarə haqqı və heyvanların gündəlik qidaları yardımsevərlərin dəstəyi ilə qarşılanır.
BAKI, 1 may — Sputnik. Sahibsiz itlərə sahib çıxır, onları qida ilə təmin edir. Söhbət Zaqatala rayon sakini Nizami Ramazanovdan gedir. O bu işə 10 il əvvəl bacısı ilə birgə öz evlərində bir neçə sahibsiz itin qayğısını çəkməklə başlayıb.
"Zaqatala rayonunda bacımla birgə 10 ildir bu işlə, sahibsiz heyvanların müdafiəsi ilə məşğuluq. 10 il öz hesabımıza evdə baxmışıq, yüzlərlə heyvan xilas eləmişik. Bakıya aparıb gətirmişik, evdə müalicə eləmişik. Evimizdə 10-15 it olub həmişə", - deyə Nizami Ramazanov qeyd edib.
Nizami Ramazanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib ki, xüsusi sevgi və qayğıya möhtac olan bu canlıların baxımı və sağlamlığına diqqət etmək olduqca vacibdir. Lakin bölgələrdə heyvanlar üçün sağlamlıq mərkəzinin olmaması səbəbindən bir çox heyvansevər əziyyət çəkir. Belə rayonlardan biri də Zaqataladır. Küçədə yaşamağı bacarmayan, lakin buna məhkum edilən canlılar təhlükələrlə üzləşir və onların ortalama ömrü qısalır. Nizami daha çox heyvana qulluq edə bilmək üçün 1 il əvvəl ayrıca yer icarəyə götürüb.
"Son bir ildə biz qərara gəldik ki, daha çox heyvanı xilas edək. Ona görə də bu yeri icarəyə götürdük. Buranın aylıq 350 manat icarə haqqı var. Heyvansevərlərin yardımları nəticəsində artıq 1 ilə yaxındır ki, burada fəaliyyətdəyik", – deyə həmsöhbətimiz bildirib.
Heyvansevər qeyd edir ki, sığınacaqdakı itlərin əksəriyyətinin əvvəllər sahibi olub. Təəssüf ki, it xəstə olduğundan, yaxud da başqa səbəbdən sahibləri onları tərk edib. 11 aya yaxındır ki, itlər saxlanan sığınacağın icarə haqqı və heyvanların gündəlik qidaları digər yardımsevərlərin dəstəyi ilə qarşılanır. Lakin özlərinə məxsus xüsusi sığınacağın olmaması xeyli çətinlik yaradır.
"Sadəcə bizim çətinliyimiz yerlə bağlıdır. İndi yerləşdikləri məkan yaşayışın sıx olduğu və mərkəzə yaxın ərazidir. İtlərin səs-küyü yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olur. Qonşular itlərin hürməsinə və səs-küyə görə narazıdırlar. Yerin sahibi də bizi çıxarır, burada 10-15 günümüz qalıb. Buradan çıxmalıyıq, yer də tapa bilmirik. Bizə şəhərdən, yaşayış yerindən uzaqda bir yer lazımdır", - Nizami Ramazanov deyib.
O qeyd edib ki, məqsədləri sahibsiz küçə itləri problemini həll etməkdir. Bu problemdən yeganə çıxış yolu isə onları əməliyyatla qısırlaşdırmaqdır:
"Bizim burada itləri çoxaltmaq məqsədimiz yoxdur. Məsələnin həll yolu qısırlaşdırmadır. Vurmaq, öldürmək, zəhərləmək - bunlar çıxış yolu deyil. Biz çalışırıq ki, artımın qarşısını alaq. Öz hesabımıza burada bir neçə iti qısırlaşdırmışıq. Bu, böyük xərcdir. İti buradan Bakıya apar, gətir, nəqliyyat xərci, həkim xərci. Bir iti qısırlaşdırmaq 80 manatdır. Bu gün biz bu işə başlasaq, bəlkə də 1-2 ilə sahibsiz itlər məsələsi həll olunar".
Sığınacaqda qayğı göstərilən itlərin böyük əksəriyyəti Zaqatala və yaxın rayonlardan gətirilən xəstə, yaralı heyvanlardır. Lakin, burada Şirvandan, digər uzaq rayon və şəhərlərdən gətirilən heyvanlar da var. Digər tərəfdən, nəinki rayonda, hətta bölgədə belə itlər üçün ixtisaslaşmış ayrıca baytar həkim, müalicə mərkəzləri yoxdur. Odur ki, yaralı və xəstə itlər müalicə üçün hər dəfə paytaxt Bakıya aparılır.
"Bölgədə yalnız mal-qara, iribuynuzlu heyvanlar üçün baytar var. İt-pişik üçün baytarlıq klinikası yoxdur. Ona görə də məcburuq ki, ilkin tibbi yardımı özümüz edək. Qalanını da Bakıya apararaq xilas edirik", - heyvansevər əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.