https://sputnik.az/20220501/yer-kuresi-boyuk-tehluke-ile-uz-uzedir---bmt-hesabat-hazirlayib-441589235.html
Yer kürəsi böyük təhlükə ilə üz-üzədir - BMT hesabat hazırlayıb
Yer kürəsi böyük təhlükə ilə üz-üzədir - BMT hesabat hazırlayıb
Sputnik Azərbaycan
BMT ekspertlərinin hazırladığı hesabata görə, Yerin quru ərazisinin 70%-nin insan tərəfindən mənimsənilməsi ətraf mühitə görünməmiş ziyan vurub. 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T12:25+0400
2022-05-01T12:25+0400
2022-05-01T12:25+0400
dünya xəbərləri
bmt
iqlim
https://cdnn1.img.sputnik.az/img/40663/50/406635030_80:0:1120:585_1920x0_80_0_0_cbf01c61f33ed7768e06b88b72881e8e.jpg
BAKI, 1 may - Sputnik. Bəşəriyyətin sosial sərvətinin əsasını təşkil edən, onun yaşaması üçün zəruri olan torpaq, su və biomüxtəliflik hazırda təhlükə altındadır.Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) ekspertlərinin mayın 9-da Abicanda (Kot-d'İvuar) BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına (COP15) üzv ölkələrin XV sessiyasının açılışı ərəfəsində planetin vəziyyəti haqqında müntəzəm hesabatında bildirilib.Qeyd edilir ki, Yerin quru ərazisinin 70%-nin insan tərəfindən mənimsənilməsi ətraf mühitə görünməmiş ziyan vurub.Ekspertlər xatırladıblar ki, bəşəriyyətin sosial sərvətinin əsasını təşkil edən və onun yaşaması üçün zəruri olan torpaq, su və biomüxtəliflik hazırda təhlükə altında olması yolverilməzdir. Mövcud tendensiyalar davam etsə, genişmiqyaslı, qəfil ekoloji dəyişikliklər riski artacaq.“Səhralaşma, torpaq eroziyası və kənd təsərrüfatı torpaqlarının itirilməsi ilə mübarizə aparmaq üçün genişmiqyaslı torpaqların bərpasına sərmayə qoyuluşu müsbət həll yoludur”, - Report-un tərcümə etdiyi hesabatda deyilir.Orada həmçinin bildirilir ki, bu, ekologiya, iqlim üçün faydalıdır. Həmin ərazilərdə yaşayan xalqların iqtisadiyyatı və mədəniyyətinin qorunub saxlanması üçün faydalıdır. Torpağın bərpası davamlı inkişaf üçün güclü və sərfəli alət olaraq qalır”.Mütəxəssislər vurğulayıblar ki, təbiəti dəyişdirən insan planetin sağlamlığını təyin edən doqquz meyardan dördünə uyğun olаn kritik xətləri artıq keçib. Ekspertlərin sözlərinə görə, bu, təhlükəli ekoloji dəyişikliklərə səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40663/50/406635030_210:0:990:585_1920x0_80_0_0_22f1163ddf24a355e968ab8717514c77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, iqlim
Yer kürəsi böyük təhlükə ilə üz-üzədir - BMT hesabat hazırlayıb
BMT ekspertlərinin hazırladığı hesabata görə, Yerin quru ərazisinin 70%-nin insan tərəfindən mənimsənilməsi ətraf mühitə görünməmiş ziyan vurub.
BAKI, 1 may - Sputnik. Bəşəriyyətin sosial sərvətinin əsasını təşkil edən, onun yaşaması üçün zəruri olan torpaq, su və biomüxtəliflik hazırda təhlükə altındadır.
Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) ekspertlərinin mayın 9-da Abicanda (Kot-d'İvuar) BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına (COP15) üzv ölkələrin XV sessiyasının açılışı ərəfəsində planetin vəziyyəti haqqında müntəzəm hesabatında bildirilib.
Qeyd edilir ki, Yerin quru ərazisinin 70%-nin insan tərəfindən mənimsənilməsi ətraf mühitə görünməmiş ziyan vurub.
Ekspertlər xatırladıblar ki, bəşəriyyətin sosial sərvətinin əsasını təşkil edən və onun yaşaması üçün zəruri olan torpaq, su və biomüxtəliflik hazırda təhlükə altında olması yolverilməzdir. Mövcud tendensiyalar davam etsə, genişmiqyaslı, qəfil ekoloji dəyişikliklər riski artacaq.
“Səhralaşma, torpaq eroziyası və kənd təsərrüfatı torpaqlarının itirilməsi ilə mübarizə aparmaq üçün genişmiqyaslı torpaqların bərpasına sərmayə qoyuluşu müsbət həll yoludur”, - Report-un tərcümə etdiyi hesabatda deyilir.
Orada həmçinin bildirilir ki, bu, ekologiya, iqlim üçün faydalıdır. Həmin ərazilərdə yaşayan xalqların iqtisadiyyatı və mədəniyyətinin qorunub saxlanması üçün faydalıdır. Torpağın bərpası davamlı inkişaf üçün güclü və sərfəli alət olaraq qalır”.
Mütəxəssislər vurğulayıblar ki, təbiəti dəyişdirən insan planetin sağlamlığını təyin edən doqquz meyardan dördünə uyğun olаn kritik xətləri artıq keçib. Ekspertlərin sözlərinə görə, bu, təhlükəli ekoloji dəyişikliklərə səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.