DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə NATO təlimlərindən imtinası ilə bağlı müttəfiqlərinə xəbərdarlıq edib

CC BY-SA 2.0 / Alan Wilson / Eurofighter Typhoon "Tiger Meet"adı altında keçirilən təlim
 Tiger Meetadı altında keçirilən təlim - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Yunanıstan Egeydə keçiriləcək NATO təlimində "ev sahibi" mövqeyindən sui-istifadə edərək hava sahəsini 10 mil təyin edib və Lozanna müqaviləsində "hərbi olmayan" statusu almış adaları da ora qatıb.
BAKI, 1 may — Sputnik. Yunanıstan ev sahibliyi etdiyi NATO təlimindən sui-istifadə edərək, Egey hava məkanını 10 mil genişləndirib və qeyri-hərbi adaları da ora daxil edib. Türkiyə bu hadisələrdən sonra təlimdən çəkildiyini açıqlayıb. "TürkMedya"nın Ankara təmsilçisi Melik Yiğitel bu hadisənin pərdəarxasını yazıb.
Yiğitelin "Axşam" qəzetində dərc olunan təhlili belədir:
Yunanıstanın Egeydə keçiriləcək NATO təlimində "ev sahibi" mövqeyindən istifadə edərək hava sahəsini 10 mil təyin edib. Lozanna müqaviləsində (1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə-red.) "hərbi olmayan" statusu verilmiş adaları da ora daxil etdiyi ortaya çıxıb. Yunanıstanın göndərdiyi təlim sənədlərindəki vəziyyəti anlayan Türkiyə təlimdən geri çəkilib və qərar aprelin 22-də Afinaya çatdırılıb.
Kod adı Tiger olan NATO üzvü ölkələrin ordularının donanmaları arasında həmrəyliyi gücləndirmək məqsədilə hər il başqa ölkədə "Tiger Meet"adı altında keçirilən təlimə 9-20 may tarixində Yunanıstan ev sahibliyi edəcək. Türkiyə bu təlimə 2005 və 2015-ci illərdə ev sahibliyi edib.
Pərdəarxası məlumat
Melik Yiğitelin hərbi mənbələrdən aldığı məlumatda daha çox təfərrüatlar var. Mənbələr Türkiyənin NATO müttəfiqlərini, xüsusilə də ABŞ-ı "Yunanıstanın öşbaşınalığı" ilə bağlı xəbərdar etdiyini bildirib.
Afinanın bu addımı atmasının səbəbi Türkiyənin regionda münasibətlərin normallaşma prosesində, eləcə də Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində oynadığı kritik rolla bağlıdır. Çünki Türkiyə tutduğu barışdırıcı və anlayışlı mövqeyi ilə bölgədə öz nüfuzunu daha da artırıb.
Mənbələrin xülasəsi:
Yunanıstanın ev sahibliyi etdiyi təlimdə Türk Silahlı Qüvvələri Balıkesirdəki 9-cu Əsas Reaktiv Bazadakı 'Tiger' adlı 192-ci Donanma ilə iştirak edəcəkdi.
Hər bir məşqdən əvvəl ev sahibi olan ölkə təlimin icrası üçün texniki araşdırma aparır və onu iştirakçılara göndərir. Bu il Türkiyəyə gələn sənəddə Lozanna və Paris müqaviləsinə əsasən qeyri-hərbi status verilən 23 adanın da manevr bölgəsinə daxil edildiyi məlum olub. Bundan əlavə, Yunanıstan hava məkanını 6 mildən 10 milə qədər artıraraq təlim sahəsini müəyyən edib.
Bununla bağlı Türkiyənin narahatlığı və etirazları Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Yunanıstan və NATO müttəfiqlərinə bildirilib. Ancaq Yunanıstan hazırladığı proqram üzərində israr edib. Bununla da aprelin 22-də göndərilən məktubda TSK təyyarələrinin təlimə qatılmayacağı bildirilib. Türkiyə geri çəkdiyi memorandumda Yunanıstanın genişlənmə siyasəti ilə müttəfiqlər arasında problemlər yaratdığını vurğulayıb.
Afina Türkiyəni qısqanır
Hərbi mənbələrin qənaətinə görə, Türkiyənin Yaxın Şərq ölkələri ilə münasibətləri normallaşdırma prosesinə başlaması, buna paralel olaraq Şərqi Aralıq dənizində enerji tənliyinə girməsi, Yunanıstanın isə bu tənlikdən çıxması, Afinada "tənhalıq" hissi yaradıb.
Rusiya-Ukrayna müharibəsində Türkiyənin kritik rolu, ABŞ-ın və onun avropalı müttəfiqlərinin türk trafiki ilə güclənən qlobal liderliyi Yunanıstanda da paxıllıq yaradıb.
Mənbələrin qənaətinə görə, Yunanıstan demək olar ki, hər mövzuda Türkiyəni təxribata çəkir və sonra da onu gərginlik yaratmaqda ittiham edir. Onların fikrincə, bu dəfə Afina ABŞ-a F-16 döyüş təyyarələrini Türkiyəyə satmaması üçün təzyiq göstərməyə çalışır.
Xatırladaq ki, Yunanıstan 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsinin qarşısını almadığını iddia edərək NATO-nun hərbi qanadını tərk etmişdi. 1980-ci ildə isə Türkiyədə baş verən hərbi çevrilişdən sonra rəsmi Ankaranın etiraz doğuran məsələləri aradan qaldırmasının ardından NATO-ya qayıtmışdı.
NATO-nun planlı təlimləri
Pələng emblemli NATO Hərbi Hava Qüvvələri donanmalarını bir araya gətirən "Tiger Meet" təlimi bu il NATO nəzdində Yunanıstanda keçiriləcək. Bu təlimlər ötən il Portuqaliyada 50-dən çox təyyarə və mindən çox hərbi təyyarənin iştirakı ilə keçirilib. 2015-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilib.
NATO-nun planlaşdırdığı təlimlər arasında yer alan "Tiger Meet"ə bu il Yunanıstan Hərbi Hava Qüvvələrinin (HAF) 335-ci Mira eskadrilyası ev sahibliyi edəcək. Təlimin əsas bazası Yunanıstanın qərbində yerləşən Araxos aviabazası olacaq. Türkiyədən təlimə Balıkəsirdə yerləşən 192-ci Kaplan Donanması ilə qatılmağı planlaşdırırdı.
Təlimə 12 ölkə qatılır
"Tiger Meet - 2022"-də faktiki olaraq iştirak edəcək ölkələr Belçika, İtaliya, Yunanıstan, İsveçrə, Fransa, Almaniya, Çexiya, İspaniya, Polşadır. Niderland və Avstriya müşahidəçi qismində, Portuqaliya isə qonaq qismində iştirak edəcək.
Təlimdə F-16 Fighting Falcon, HH.101 Caesar, HH.212, Rafale M, F/A-18C/D Hornet, Rafale B/C, Tornado IDS & ECR, E-3A Sentry, Mi-24 Hind, EF-2000 Eurofighter, EF-18+ Hornet, JAS-39 Gripen və E-2C Hawkeye platformaları öz məharətlərini göstərəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0