https://sputnik.az/20220501/tbilisini-sel-basib-yollar-evler-su-altinda-qalib-441591535.html
Tbilisini sel basıb: paytaxtın minlərlə sakini susuz və işıqsız qalıb - VİDEO
Tbilisini sel basıb: paytaxtın minlərlə sakini susuz və işıqsız qalıb - VİDEO
Sputnik Azərbaycan
Tbilisi meriyasının işçiləri gecə boyu yağan leysanın fəsadları ilə mübarizə aparsalar da, sinoptiklər yağmurun və subasmanın davam edəcəyini bildiriblər. 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T13:33+0400
2022-05-01T13:33+0400
2022-05-01T13:43+0400
dünya xəbərləri
tbilisi
sel
https://cdnn1.img.sputnik.az/img/42414/11/424141175_0:0:1000:563_1920x0_80_0_0_58609bd6b0d08126ebd2da6f7b2d0d0c.jpg
BAKI, 1 may - Sputnik. Tbilisinin bir neçə sıx məskunlaşdığı rayonların sakinləri bir gün - mayın 1-i saat 12:00-dan mayın 2-si saat 12:00-a qədər susuz qalacaqlar. Bu barədə "Gürcüstan Su və Elektrik" supaylayıcı şirkəti xəbər verir. Şirkətin məlumatına görə, paytaxta su verilişinin dayandırılması Qrmagele suötürücü tunelindəki zədə ilə əlaqədardır. Məlumatda bildirilir ki, zərərə şənbə günü gecə saatlarında Tbilisiyə yağan güclü yağış səbəb olub. Şirkətin texniki qrupları hadisə yerinə səfərbər olunub, təcili bərpa işləri aparılır. Tbilisinin Çuqureti, İsan və Nadzaladevski rayonlarının sakinlərinin bir hissəsinə suyun verilməsi dayandırılacaq.Gürcüstan paytaxtını elektrik enerjisi ilə təmin edən “Telasi” şirkəti isə təcili təmir işlərinin aparılması ilə əlaqədar şəhərə elektrik enerjisinin verilməsinin müvəqqəti olaraq məhdudlaşdırılacağını bildirib. Sel səbəbindən xətlərdə baş verən zədələnmələrə görə şəhərin bir çox hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb. ***Gecə saatlarında Tbilisiyə yağan leysan yağış şəhər sakinləri üçün ciddi problemlər yaradıb: yolları, küçələri, yaşayış binalarının zirzəmilərini su basıb.Sputnik Gürcüstan-ın məlumatına görə, xüsusilə, şəhər üçün vacib olan nəqliyyat qovşaqları - Sol sahil və Qəhrəmanlar meydanı qismən su altında qalıb.Güclü yağıntı səbəbindən sürücülər Qəhrəmanlar meydanından Tamaraşvili küçəsinə (Vake-Saburtalo) gedən “yeni yol” adlanan yolda hərəkət etməkdə çətinlik çəkiblər.Tsinamdzgvrişvili küçəsindəki zirzəmiləri, yaşayış binalarının birinci mərtəbələrini və ticarət obyektlərini su basıb. Tbilisi meriyasının işçiləri gecə boyu yağan leysanın fəsadları ilə mübarizə aparıblar. Evlərdə suyun çəkilməsi işləri davam etdirilir.Sinoptiklərin proqnozlarına görə güclü yağışlar bir müddət də davam edəcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/11/424141175_0:0:868:651_1920x0_80_0_0_ebdd7bc732c45cf3967865e1e746d88e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tbilisi, sel
Tbilisini sel basıb: paytaxtın minlərlə sakini susuz və işıqsız qalıb - VİDEO
13:33 01.05.2022 (Yenilənib: 13:43 01.05.2022) Tbilisi meriyasının işçiləri gecə boyu yağan leysanın fəsadları ilə mübarizə aparsalar da, sinoptiklər yağmurun və subasmanın davam edəcəyini bildiriblər.
BAKI, 1 may - Sputnik. Tbilisinin bir neçə sıx məskunlaşdığı rayonların sakinləri bir gün - mayın 1-i saat 12:00-dan mayın 2-si saat 12:00-a qədər susuz qalacaqlar.
Bu barədə "Gürcüstan Su və Elektrik" supaylayıcı şirkəti xəbər verir.
Şirkətin məlumatına görə, paytaxta su verilişinin dayandırılması Qrmagele suötürücü tunelindəki zədə ilə əlaqədardır.
Məlumatda bildirilir ki, zərərə şənbə günü gecə saatlarında Tbilisiyə yağan güclü yağış səbəb olub. Şirkətin texniki qrupları hadisə yerinə səfərbər olunub, təcili bərpa işləri aparılır.
Tbilisinin Çuqureti, İsan və Nadzaladevski rayonlarının sakinlərinin bir hissəsinə suyun verilməsi dayandırılacaq.
Gürcüstan paytaxtını elektrik enerjisi ilə təmin edən “Telasi” şirkəti isə təcili təmir işlərinin aparılması ilə əlaqədar şəhərə elektrik enerjisinin verilməsinin müvəqqəti olaraq məhdudlaşdırılacağını bildirib.
Sel səbəbindən xətlərdə baş verən zədələnmələrə görə şəhərin bir çox hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
Gecə saatlarında Tbilisiyə yağan leysan yağış şəhər sakinləri üçün ciddi problemlər yaradıb: yolları, küçələri, yaşayış binalarının zirzəmilərini su basıb.
Sputnik Gürcüstan-ın məlumatına görə, xüsusilə, şəhər üçün vacib olan nəqliyyat qovşaqları - Sol sahil və Qəhrəmanlar meydanı qismən su altında qalıb.
Güclü yağıntı səbəbindən sürücülər Qəhrəmanlar meydanından Tamaraşvili küçəsinə (Vake-Saburtalo) gedən “yeni yol” adlanan yolda hərəkət etməkdə çətinlik çəkiblər.
Tsinamdzgvrişvili küçəsindəki zirzəmiləri, yaşayış binalarının birinci mərtəbələrini və ticarət obyektlərini su basıb.
Tbilisi meriyasının işçiləri gecə boyu yağan leysanın fəsadları ilə mübarizə aparıblar. Evlərdə suyun çəkilməsi işləri davam etdirilir.
Sinoptiklərin proqnozlarına görə güclü yağışlar bir müddət də davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.