https://sputnik.az/20220501/revanda-etiraz-aksiyasi-pasinyani-devirmeyene-qeder-eve-getmeyecekler-441597054.html
İrəvanda etiraz aksiyası: Paşinyanı devirməyənə qədər evə getməyəcəklər
İrəvanda etiraz aksiyası: Paşinyanı devirməyənə qədər evə getməyəcəklər
Sputnik Azərbaycan
İrəvandakı Fransa meydanına toplaşan etirazçılar "Paşinyan hakimiyyətdən getməyənə qədər meydanı tərk etməmək"də qərarlı olduqlarını açıqlayıblar. 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T23:42+0400
2022-05-01T23:42+0400
2022-05-02T10:00+0400
dünya xəbərləri
irəvan
yerevan
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/41501/38/415013876_0:86:1601:986_1920x0_80_0_0_e18cdb2d513dcbcc075f2061b99b8c78.jpg
BAKI, 1 may - Sputnik. İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Fransa meydanında çadır qurublar.Məlumata görə, meydana bitişik küçələr zibil qabqları və skamyalarla bağlanıb. Etirazçılar nəqliyyatın hərəkətini iflic etməyi planlaşdırırlar.Etirazçılar "Paşinyan hakimiyyətdən getməyənə qədər meydanı tərk etməmək"də qərarlı olduqlarını açıqlayıblar. Qeyd edək ki, bu gün İrəvanın Fransa meydanında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Müqavimət Hərəkatının böyük mitinqi keçirilib. Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.Mitinqçilər qarşısında çıxış edən parlamentin müxalif "Ermənistan" fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan bildirib ki, aksiya iştirakçıları artıq indiki rəhbərliyin mandatının olmadığını sübut ediblər."İndi biz sübut etməliyik ki, onun səlahiyyəti yoxdur", - Saqatelyan bildirib.Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.Müxalifətçilərdən ibarət aksiyaçıların dəstələri İcevan və Tiqranaşen şəhərlərindən paytaxt İrəvana yollanıblar. Onlar mayın 1-də paytaxtdakı mitinqçilərə qoşulublar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41501/38/415013876_86:0:1513:1070_1920x0_80_0_0_3227d994a59b822b0c751cc7d2b01714.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
irəvan, yerevan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
irəvan, yerevan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
İrəvanda etiraz aksiyası: Paşinyanı devirməyənə qədər evə getməyəcəklər
23:42 01.05.2022 (Yenilənib: 10:00 02.05.2022) İrəvandakı Fransa meydanına toplaşan etirazçılar "Paşinyan hakimiyyətdən getməyənə qədər meydanı tərk etməmək"də qərarlı olduqlarını açıqlayıblar.
BAKI, 1 may - Sputnik. İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Fransa meydanında çadır qurublar.
Məlumata görə, meydana bitişik küçələr zibil qabqları və skamyalarla bağlanıb. Etirazçılar nəqliyyatın hərəkətini iflic etməyi planlaşdırırlar.
Etirazçılar "Paşinyan hakimiyyətdən getməyənə qədər meydanı tərk etməmək"də qərarlı olduqlarını açıqlayıblar.
Qeyd edək ki, bu gün İrəvanın Fransa meydanında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Müqavimət Hərəkatının böyük mitinqi keçirilib.
Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.
Mitinqçilər qarşısında çıxış edən parlamentin müxalif "Ermənistan" fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan bildirib ki, aksiya iştirakçıları artıq indiki rəhbərliyin mandatının olmadığını sübut ediblər.
"İndi biz sübut etməliyik ki, onun səlahiyyəti yoxdur", - Saqatelyan bildirib.
Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Müxalifətçilərdən ibarət aksiyaçıların dəstələri İcevan və Tiqranaşen şəhərlərindən paytaxt İrəvana yollanıblar. Onlar mayın 1-də paytaxtdakı mitinqçilərə qoşulublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.