SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident və Birinci xanım Azərbaycan xalqını təbrik ediblər

© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEVPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoyublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoyublar  - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
İlham Əliyev təbrik məktubunda yazıb ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə edilən dualar sayəsində Uca Tanrının öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəyinə inanır.
BAKI, 1 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı ilə əlaqədar paylaşım edib.
Onun paylaşımındakı fotonun üzərində qeyd edilib: “Ramazan bayramınız mübarək!”.
Ondan əvvəl isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Instaqram hesabında Ramazan bayramı münasibətilə növbəti paylaşım edib.
Mehriban Əliyeva sosial şəbəkə hesabında ahıl şəxslər və sosial xidmət müəssisəsinin sakinləri üçün Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimindən fotolar paylaşaraq “Allah orucunuzu qəbul etsin!” yazıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Prezidentin saytında yayımlanan təbrikin mətnində deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır.
Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.
Əziz bacı və qardaşlarım!
On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin.
Bayramınız mübarək olsun!"
Xatırladaq ki, mayın 1-i Ramazan ayının son günüdür. Mayın 2-3-ü Azərbaycanda Ramazan bayramı qeyd olunacaq və qeyri-iş günü olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0