https://sputnik.az/20220501/narkomanlarin-sayi-artir-narkoloq-olmaq-isteyen-ise-yoxdur---ziddiyyet--440963789.html
Narkomanların sayı artır, narkoloq olmaq istəyən isə yoxdur - Ziddiyyət
Narkomanların sayı artır, narkoloq olmaq istəyən isə yoxdur - Ziddiyyət
Sputnik Azərbaycan
Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət faciəvidir. Təkcə cari ilin birinci rübü ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər... 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T09:29+0400
2022-05-01T09:29+0400
2022-05-01T09:29+0400
narkotik
azərbaycan xəbərləri
milli məclis
tibb işçiləri
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000826_0:8:3073:1736_1920x0_80_0_0_56165f3dee2abbb2b71593a2a5f2bd97.jpg
BAKI, 1 may — Sputnik. Narkomaniyayla bağlı orta məktəblərdə faciəvi vəziyyət yaranıb. Bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib, o ölkədə narkomaniya ilə bağlı qanunvericiliyi belə şərh edib:““Narkoloji xidmət və nəzarət haqqında” qanun çox köhnəlib və yenidən baxılmalıdır”.Bu problemlər nədən ibarətdir və nə etmək lazımdır sualı ətrafında danışan F.Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bir sıra vacib nüanslara toxunub. Onun sözlərinə görə, illərdir Azərbaycanda narkotik maddəyə görə həbs olunan şəxslərin müalicə alması məsələsi həllini tapmır. Onlar digər şəxslərlə birgə həbsxanada qaldıqları üçün ətrafdakıları da bu bəlaya "yoluxdurur"lar. Millət vəkili bu insanların xüsusi kolonlarda cəza çəkmələrinin vacibliyinin, Dövlət Penitensiar Xidməti tərəfindən bununla bağlı sistemin yaradılmasının əhəmiyyətini vurğulayıb.Daha sonra o, narkoloji xidmətdən yararlanmaq istəyənlərin 2018-ci ildə başlarına gələn bəladan bəhs edib, qeyd odib ki, müalicə müəssisəsi olsa da, oradakı xəstələr baraklarda yaşayıblar.Hazırda da belə şəxslərin müalicəsi üçün iki dövlət müəssisəsi fəaliyyət göstərir, digərləri isə özəldir:"Özəl xəstəxanada müalicə almağa hər kəsin imkanı çatmır".Bu problem ölkə üçün böyük, strateji təhlükədir. Qeyd olunur ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil, buna cəmiyyət də qoşulmalıdır.Millət vəkili Azərbaycanda narkomaniya bəlasının qarşısının alınması üçün bir qurumun yaradılmasını təklif edir, bildirir ki, həmin qurum birbaşa prezidentə tabe olmaqla bu faciəyə qarşı daha kəskin mübarizə aparmalıdır.Ən böyük bəla isə məktəblərlə bağlıdırMəktəblərdə bəlanın yayılmasının qarşısını almaq üçün bununla bağlı maarifləndirmə işləri aparılmalı, əks-təbliğat üçün teatrlar, tamaşalar təşkil olunmalıdır.Rayon yerlərində, əyalətlərdə vəziyyət isə daha bərbaddır:"Təsəvvür edin, bəzi rayonlarda hər 3 nəfərdən 1-i narkomandır, yəni, qeydiyyatda olanlardan daha çox qeydiyyatsız narkomanlar var. Sosial islahatlar elə şəkildə icra olunmalıdır ki, insanlar işsizlikdən bu yola yuvarlanmasınlar". Narkoloq çatışmazlığı problemi daha da dərinləşdirirMillət vəkili daha vacib problemə toxunaraq qeyd edir ki, hazırda ölkədə narkoloq çatışmazlığı var. Bəzən narkoloqları ittiham edirlər, onlara problemlər yaradırlar. Bu ixtisas uzunmüddətli əsəb gərginliyinə tab gətirməyi tələb edir.Kadr çatışmazlığından söz düşmüşkən, maraqlıdır, son bir neçə ildə narkoloq ixtisası üzrə məzun olanların sayı nə qədər olub?Azərbaycanda yeganə tibb təhsili verən Azərbaycan Tibb Universitetinin Rezidentura və Magistratura şöbəsinin müdiri Məlahət Sultanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkoloq ixtisasına yiyələnmək üçün tələbələr universitetin müalicə fakültəsini bitirməlidirlər.Rezidentura təhsili isə iki ildir. M.Sultanova deyir ki, 2016-cı ildə respublika üzrə bu ixtisası bitirənlərin sayı 3, 2017-ci ildə 5, 2018-ci ildə 1, 2019-cu ildə 2, 2020-ci ildə də 2 nəfər olub. 2021-ci ildə bu ixtisas üzrə məzun olmayıb.Kadrların az olmasının səbəbi nədir?Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Zəfər Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, hələ sovet dövründə psixiatriya və narkoloq ixtisasına çox maraq olmayıb:"Təklif edirik ki, narkomanlara xidmətin keyfiyyətini qaldırmaq üçün ilk olaraq narkoloq və psixiatriya ixtisasları birləşdirilsin. Çünki dünya təcrübəsi belədir, onları psixiatrlar müalicə edirlər. Kadrların sayını artırmaq üçün nə etməliyik, bu sualı cavablandırmaq bir qədər çətindir. Buna cavab tapmaq üçün kompleks araşdırma aparmaq lazımdır. Yəni, təhsildən tutmuş cəmiyyətdə bu ixtisasa münasibətədək araşdırma aparılmalıdır. Biz dəfələrlə KİV nümayəndələrinə məsləhət görürdük ki, narkotik vasitənin qəbulu ilə bağlı kadrları göstərməsinlər. Çünki bir müddətdir narkotik vasitə qəbul etməyən şəxs bu kadrı görəndə pis olacaq. Bir sözlə, məsələyə kompleks yanaşmaq lazımdır".Respublika Narkoloji Mərkəzinin baş direktorunun müavini İlham Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, son zamanlarda əksər ölkələrdə “Narkomaniyanın cavanlaşması” tendensiyası müşahidə olunur. Azərbaycan Respublikasında qlobal problemin həlli istiqamətində seçilən kompleks tədbirlər çərçivəsində əsas yeri addektiv davranışa meyilli məktəblilərin (uşaqların) aşkarlanması və aşkarlanan kontingentlə xüsusi psixoloji treninqlərin keçirilməsi məsləhət görülür.Respublika Narkoloji Mərkəzinin nəzdində fəaliyyət göstərən 70 çarpayılıq ixtisaslaşdırılmış şöbədə 79 xəstə stasionar şəkildə məcburi müalicə şöbəsinə yerləşdirilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2018-ci il tarixli 18 saylı Qərarının 1.4-1 bəndində qeyd edilib ki, “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunurlar".Həmin qərarın 2-ci bəndində bildirilir ki, “Bu Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirdiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir".Narkomanların sayı nə qədərdir?Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.Qeyd edək ki, bu ilin birinci üç ayında Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Qeyd edək ki, Dövlət Statistika Komitəsi tərəfindən ölkədə 2021-ci ildə qeydə alınan narkomanların sayı may ayında açıqlanacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000826_149:0:2880:2048_1920x0_80_0_0_1297956f615472cf7e7cc434379d2c55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, milli məclis, tibb işçiləri
narkotik, milli məclis, tibb işçiləri
Narkomanların sayı artır, narkoloq olmaq istəyən isə yoxdur - Ziddiyyət
Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət faciəvidir. Təkcə cari ilin birinci rübü ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib.
BAKI, 1 may — Sputnik. Narkomaniyayla bağlı orta məktəblərdə faciəvi vəziyyət yaranıb. Bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib, o ölkədə narkomaniya ilə bağlı qanunvericiliyi belə şərh edib:
““Narkoloji xidmət və nəzarət haqqında” qanun çox köhnəlib və yenidən baxılmalıdır”.
Bu problemlər nədən ibarətdir və nə etmək lazımdır sualı ətrafında danışan F.Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bir sıra vacib nüanslara toxunub. Onun sözlərinə görə, illərdir Azərbaycanda narkotik maddəyə görə həbs olunan şəxslərin müalicə alması məsələsi həllini tapmır. Onlar digər şəxslərlə birgə həbsxanada qaldıqları üçün ətrafdakıları da bu bəlaya "yoluxdurur"lar. Millət vəkili bu insanların xüsusi kolonlarda cəza çəkmələrinin vacibliyinin, Dövlət Penitensiar Xidməti tərəfindən bununla bağlı sistemin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra o, narkoloji xidmətdən yararlanmaq istəyənlərin 2018-ci ildə başlarına gələn bəladan bəhs edib, qeyd odib ki, müalicə müəssisəsi olsa da, oradakı xəstələr baraklarda yaşayıblar.
Hazırda da belə şəxslərin müalicəsi üçün iki dövlət müəssisəsi fəaliyyət göstərir, digərləri isə özəldir:
"Özəl xəstəxanada müalicə almağa hər kəsin imkanı çatmır".
Bu problem ölkə üçün böyük, strateji təhlükədir. Qeyd olunur ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil, buna cəmiyyət də qoşulmalıdır.
Millət vəkili Azərbaycanda narkomaniya bəlasının qarşısının alınması üçün bir qurumun yaradılmasını təklif edir, bildirir ki, həmin qurum birbaşa prezidentə tabe olmaqla bu faciəyə qarşı daha kəskin mübarizə aparmalıdır.
Ən böyük bəla isə məktəblərlə bağlıdır
Məktəblərdə bəlanın yayılmasının qarşısını almaq üçün bununla bağlı maarifləndirmə işləri aparılmalı, əks-təbliğat üçün teatrlar, tamaşalar təşkil olunmalıdır.
Rayon yerlərində, əyalətlərdə vəziyyət isə daha bərbaddır:
"Təsəvvür edin, bəzi rayonlarda hər 3 nəfərdən 1-i narkomandır, yəni, qeydiyyatda olanlardan daha çox qeydiyyatsız narkomanlar var. Sosial islahatlar elə şəkildə icra olunmalıdır ki, insanlar işsizlikdən bu yola yuvarlanmasınlar".
Narkoloq çatışmazlığı problemi daha da dərinləşdirir
Millət vəkili daha vacib problemə toxunaraq qeyd edir ki, hazırda ölkədə narkoloq çatışmazlığı var. Bəzən narkoloqları ittiham edirlər, onlara problemlər yaradırlar. Bu ixtisas uzunmüddətli əsəb gərginliyinə tab gətirməyi tələb edir.
Kadr çatışmazlığından söz düşmüşkən, maraqlıdır, son bir neçə ildə narkoloq ixtisası üzrə məzun olanların sayı nə qədər olub?
Azərbaycanda yeganə tibb təhsili verən Azərbaycan Tibb Universitetinin Rezidentura və Magistratura şöbəsinin müdiri Məlahət Sultanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkoloq ixtisasına yiyələnmək üçün tələbələr universitetin müalicə fakültəsini bitirməlidirlər.
Rezidentura təhsili isə iki ildir. M.Sultanova deyir ki, 2016-cı ildə respublika üzrə bu ixtisası bitirənlərin sayı 3, 2017-ci ildə 5, 2018-ci ildə 1, 2019-cu ildə 2, 2020-ci ildə də 2 nəfər olub. 2021-ci ildə bu ixtisas üzrə məzun olmayıb.
Kadrların az olmasının səbəbi nədir?
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Zəfər Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, hələ sovet dövründə psixiatriya və narkoloq ixtisasına çox maraq olmayıb:
"Təklif edirik ki, narkomanlara xidmətin keyfiyyətini qaldırmaq üçün ilk olaraq narkoloq və psixiatriya ixtisasları birləşdirilsin. Çünki dünya təcrübəsi belədir, onları psixiatrlar müalicə edirlər. Kadrların sayını artırmaq üçün nə etməliyik, bu sualı cavablandırmaq bir qədər çətindir. Buna cavab tapmaq üçün kompleks araşdırma aparmaq lazımdır. Yəni, təhsildən tutmuş cəmiyyətdə bu ixtisasa münasibətədək araşdırma aparılmalıdır. Biz dəfələrlə KİV nümayəndələrinə məsləhət görürdük ki, narkotik vasitənin qəbulu ilə bağlı kadrları göstərməsinlər. Çünki bir müddətdir narkotik vasitə qəbul etməyən şəxs bu kadrı görəndə pis olacaq. Bir sözlə, məsələyə kompleks yanaşmaq lazımdır".
Respublika Narkoloji Mərkəzinin baş direktorunun müavini İlham Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, son zamanlarda əksər ölkələrdə “Narkomaniyanın cavanlaşması” tendensiyası müşahidə olunur. Azərbaycan Respublikasında qlobal problemin həlli istiqamətində seçilən kompleks tədbirlər çərçivəsində əsas yeri addektiv davranışa meyilli məktəblilərin (uşaqların) aşkarlanması və aşkarlanan kontingentlə xüsusi psixoloji treninqlərin keçirilməsi məsləhət görülür.
Respublika Narkoloji Mərkəzinin nəzdində fəaliyyət göstərən 70 çarpayılıq ixtisaslaşdırılmış şöbədə 79 xəstə stasionar şəkildə məcburi müalicə şöbəsinə yerləşdirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2018-ci il tarixli 18 saylı Qərarının 1.4-1 bəndində qeyd edilib ki, “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunurlar".
Həmin qərarın 2-ci bəndində bildirilir ki, “Bu Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirdiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir".
Narkomanların sayı nə qədərdir?
Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.
Qeyd edək ki, bu ilin birinci üç ayında Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi tərəfindən ölkədə 2021-ci ildə qeydə alınan narkomanların sayı may ayında açıqlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.