CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mayda Azərbaycanda 13 gün iş və dərs olmayacaq

© AR Ministry of Ecology and Natural ResourcesВесна в Азербайджане
Весна в Азербайджане - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən şənbə və bazara düşən bayram günləri həftənin digər günləri ilə əvəz edilir.
BAKI, 1 may - Sputnik. May ayında bayramlara görə 5 gün iş olmayacaq.
Belə ki, Ramazan bayramı ilə əlaqədar mayın 2 və 3-ü iş olmayacaq. Qələbə günü ilə əlaqədar olaraq 9 May, Müstəqillik Günü ilə əlaqədar 28 May qeyri-iş gün sayılacaq.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən 28 may şənbə gününə təsadüf etdiyindən, həmçinin 30 may qeyri-iş günü kimi müəyyən edilib.
Ümumilikdə isə həftəsonları ilə birgə may ayında 13 gün iş olmayacaq.
Qeyd edək ki, mart və may ayları Azərbaycanda ən çox bayramların olduğu aylardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0