Kağız tullantıların maraqlı sonu: Azərbaycandan Sumqayıta, bəs oradan hara?
© Sputnik / Nigar IskanderovaAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı Məhdud Məsuliyyətli Cəmiyyətin Sumqayıt Xam Kağız Fabrikində illik təxminən 35 min 500 ton tullantı kağız yenidən istehsal olunur.
BAKI, 1 may — Sputnik. “Yaşıl iqtisadiyyat” bu gün bütün dünya üçün əsas gəlir mənbələrindən biri hesab edilir. Zibilləri yandırıb, ətraf mühitə ziyan vurmaqdansa, onların çeşidlənərək təkrar istehsalına üstünlük verilir. Bir müddətdir ki, Azərbaycanda bu istiqamətdə canlanma nəzərə çarpır. Artıq Sumqayıt Xam Kağız Fabrikində kağız tullantıların təkrar istehsalı həyata keçirilir. Fabrik illik olaraq təxminən 35 min 500 ton olan kağız tullantılarını yenidən istehsal edir.
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı Məhdud Məsuliyyətli Cəmiyyətin Sumqayıt Xam Kağız Fabrikinin istehsalat üzrə müdiri Kərəm Səfərov bildirib ki, günlük olaraq respublikanın müxtəlif ərazilərindən əldə olunan kağız tullantılar preslənmiş formada qəbul məntəqəsinə gətirilir. Daxil olan kağız tullantılarının sayı gündən asılı olaraq dəyişir. Bəzən bu rəqəm 30 ton, bəzən də 100-300 ton arasında da ola bilir.
Fabrik bir neçə hissədən ibarətdir. Qəbul məntəqəsində əldə olunan tullantılar daha sonrakı mərhələdə su ilə qarışdırılır və xəmir formasına salınır. Bu tullantıların içində yad cisimlər də olduğundan növbəti mərhələdə kağızlar ələklərdən, seperatorlardan keçirilir, hissə-hissə təmizlənir, həcmcə həddindən artıq böyük olan cihazlara ötürülür.
© Sputnik / Nigar IskanderovaKərəm Səfərov
Kərəm Səfərov
© Sputnik / Nigar Iskanderova
Bu cihazlar özləri də yaş, qurutma, bobin kəsmə bölümündən ibarətdir.
Əldə olunan kağız xəmirin konsentrasiyası çox aşağı olur. Onun tərkibində daha çox su olduğundan həmin cihazlarda maye vakumlar vasitəsilə hissə-hissə xaric edilir.
Buradakı qurğular 90-250 qram arasında kağız istehsal etmək imkanına malikdir. Bu o deməkdir ki, 1 kvadrat metr kağızın çəkisi 90-250 qram təşkil edə bilər. Əldə olunan bu kağızlardan qutu istehsalında istifadə olunur. Bu kağızlardan karton qutuların həm içi, həm də çölündə istifadə etmək mümkündür.
Prosesin digər mərhələsində isə preslənmiş kağızların qurutma bölümünə verilməsini izləyirik. Nəticə isə sonda fabrikin özündə fəaliyyət göstərən laboratoriyaya göndərilir.
© Sputnik / Nigar IskanderovaElgün Şahverdiyev
Elgün Şahverdiyev
© Sputnik / Nigar Iskanderova
Laboratoriyanın proses və keyfiyyətə nəzarət inspektoru Elgün Şahverdiyev bildirir ki, laboratoriya beynəlxalq standartlara cavab verir. Burada əldə olunan məhsulun səthi əzilməyə qarşı müqaviməti, standartlara uyğun olub-olmadığı, tərkibində qeyri- kağız maddələrinin nə qədər olduğu öyrənilir:
“Buna kağızın “kül analizi” də deyilir. Yəni, kağız yandırılaraq tərkibi yoxlanılır. Bundan başqa, istehsal olunan kağızın tərkibində nə qədər suyun olduğu da öyrənilir”.
Qeyd olunur ki, cihazlarda gedən proses zamanı istilik 90-120 dərəcədə dəyişdiyindən kağızın tərkibindəki mikroblar ölür.
Nəticə olaraq əldə edilən məhsul anbarlara göndərilir, oradan isə yerli və xarici bazarlara çıxış imkanı qazanır. Müxtəlif şirkətlər öz sifarişlərini həmin anbarlardan əldə edə bilirlər.
© Sputnik / Nigar IskanderovaAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
© Sputnik / Nigar Iskanderova
Dünyada bu sahədə vəziyyət necədir?
Bu gün dünyada kağız tullantılar ümumilikdə zibil tullantıların 26 fazini təşkil edir. Theworldcounts saytının məlumatına görə, təkcə il ərzində 136, 260, 200 ton kağız tullanıb.
Bu gün dünyada tullantı kağızının təkrar emalına görə ən yüksək göstəricilər ABŞ, Kanada, Almaniya, Fransa, Çin, Hindistan və Avstraliya kimi inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələrin payına düşür.
"ECO Friendly Habits" isə istehsalçıları kağız tullantılarını daha yaxşı idarə etməyə, onları tullamamağa səsləyir. İstehsalçıları kağız tullantılarını yandırmaq, məhv etmək fikrindən daşındırmaq üçün təşkilat, "Tullantı kağızlarının yenidən istehlakı nə deməkdir?" adlı maraqlı araşdırma apararaq statistik rəqəmləri açıqlayıb:
© Sputnik / Nigar IskanderovaAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
© Sputnik / Nigar Iskanderova
- 1 ton kağız tullantısını yenidən istehlak etmək 17 ağacın xilas olmasıdır. Bu, həm də meşələrin məhvinin qarşısının alınması deməkdir. Lakin təəssüflər olsun ki, istehsal olunan kağızların yalnız yarım miqdarı yenidən istehlak olunur.
- Kağızların yenidən istehlakı həm də hər ailəyə 6 ağacın düşməsi deməkdir. Əks halda, hər ailəyə düşən ağac sayında da azalma olacaq.
- Kağız enerji tələbatına görə üçüncü böyük istehsal sahəsi hesab olunduğundan təkrar istehsal həm də enerji xərclərinin azalması deməkdir.
- Araşdırmalara görə, bu gün ofisdə kağız tullantılarının yalnız 7 faizi təkrar istehsal olunur. Təkrar istehsal isə həm də atmosferə atılan tullantıların azalması deməkdir. Bir kağızı təkrar emal etmək yalnız 5 faiz çirklənməyə səbəb olur.
© Sputnik / Nigar IskanderovaAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
© Sputnik / Nigar Iskanderova
- Ağaclarını qırılma səbəblərindən biri də poçt zərflərinin istehsalına olan tələbatdır. Bu gün önəmsiz yerə istehsal olunan poçt zərfləri illik olaraq 100 milyon ağacın kəsilməsi deməkdir.
- Araşdırmalara görə, kağız tullantılar xüsusən də bayram günlərində daha da artır. Belə ki, bu günlərdə adi günlərlə müqayisədə kağız biletlərin satışı daha çox həyata keçirilir. Təkcə ABŞ-da bayram günlərində illik olaraq 2,6 milyard tətil bileti satılır.
- Qəzetlərin təkcə bazar günü nömrələrinin çıxarılması üçün həftəlik olaraq 500 min ağac qırılır. Əgər biz bütün kağız tullantılarımızı təkrar istehlak etsək, təxminən 250 000 000 ağacı xilas etmiş olarıq.
© Sputnik / Nigar IskanderovaAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
© Sputnik / Nigar Iskanderova
- Bundan başqa, supermarketlər hər il 6 milyon kağız paketlərdən istifadə edir ki, bu da ağacların qırılmasına səbəb olur.
Qəbzlər BPA qat ilə ilə örtüldüyü üçün təkrar emal edilə bilməz. Bu səbəbdən tövsiyə olunur ki, ehtiyacınız yoxdursa, qəbz istəməyin.
- Statistikaya görə, kağız tullantılar sırasında daha keyfiyyətli kağızların tullantısı üstünlük təşkil edir.
- Bundan başqa, kağız istehsalı həm də kifayət qədər su israfı deməkdir. Təkcə bir A4 kağızının istehsalında 10 litr su istifadə olunur.
© Sputnik / Nigar IskanderovaAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının Sumqayıt Xam Kağız Fabriki
© Sputnik / Nigar Iskanderova
324 litr su israf olunur
- Bir kiloqram kazğını hazırlanması üçün 324 litr su istifadə olunur.
- Kağız istehsalı istixana qazlarının tullantısına görə dünyada 4-cü hesab edilir.
- Statistikaya görə, illik olaraq hər evdən 13 min kağız tullantısı olur.
- Statistikaya görə, illik olaraq 44,2 milyon ton kağız təkrar istehsal olunur. İllik olaraq 85 milyon ton kağız tullantıları yaranır.
- İllik olaraq kağız istehsalı üçün 4 milyard ağac kəsilir.
Nə üçün kağızdan səmərəli istifadə etməli və tullantının təkrar istehsalına üstünlük verməliyik?
Statistikaya görə 2001-2019-cu illərdə ümumi olaraq 386 milyon hektar meşə sahəsi yoxa çıxıb. Bu isə 2000-ci ildən ağacların sahəsinin illik olaraq təxminən 10 faiz azalması deməkdir.
Ekoloji sağlamlığı qorumaq, gələcəyimizi düşünmək isə heç zaman gec deyil. Bunun üçün belə tullantıları maklatura ilə məşğul olan şəxslərə, yaxud da ayrılmış xüsusi poliqonlara atmaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.