https://sputnik.az/20220501/az-yeyin-hemise-yeyin---azerbaycani-dunyada-tanidan-qennadcidan-tovsiye-441581058.html
Az yeyin, həmişə yeyin! - Azərbaycanı dünyada tanıdan qənnadçıdan tövsiyə
Az yeyin, həmişə yeyin! - Azərbaycanı dünyada tanıdan qənnadçıdan tövsiyə
Sputnik Azərbaycan
Əslən Orta Asiyadan olan kulinar şəkərbura və paxlavanı bişirməyi bakılı qonşularından, qoğalın bişirilməsini isə qaynanasından öyrənib. 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T10:11+0400
2022-05-01T10:11+0400
2022-05-01T10:31+0400
youtube
mədəniyyət
şirniyyat
azərbaycan
"youtube" kanalı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1e/441581031_0:0:1280:720_1920x0_80_0_0_54ef6f7241bbd32f18a0a967d6c1247c.jpg
BAKI, 1 may — Sputnik. Elmira Qədirova qənnadçıdır. Ötən əsrin 90-cı illərindən bu sahə ilə məşğuldur. Qəhrəmanımız neçə-neçə insanın toy-nişan xonçasını hazırlayıb.2000-ci illərdən etibarən müxtəlif şirniyyat şirkətləri ilə əməkdaşlıq edib.Həyat yoldaşını itirdikdən sonra depressiyaya düşən Elmira xanım sosial platforma sayəsində acısını həfiflədir:“Övladlarım mənə sosial platformaya çıxmağı təkif elədilər. “Youtube” kanalı açdıq, gördüm ki, hazırladığım şirniyyatların reseptləri insanları cəlb edir. Mən də davam etdim”.Zaman-zaman torpaqlarımızı, mədəniyyətimizi öz adlarına çıxan ermənilər milli mətbəximizi də öz adlarına çıxmaqdan çəkinməyiblər. Elmira xanım da onların bu xislətindən əziyyət çəkib. Səhifəsi iki dəfə bloklanıb:“2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı dolmanı paylaşmışdım. Ermənilər şikayət etdi, səhifəm bloklandı. İkinci dəfə isə Bərdə terroru zamanı ermənilər şikayət etdilər, bloklandı. Bir də bu yaxınlarda səhifəmi qırmağa cəhd etdilər. Bunu isə özümüzün mətbəx səhifələrimiz etdilər. Onlar şikayət etdilər ki, guya mən plagiatla məşğulam. İndi “İnstagram” məni cani kimi izləyir, nəzarətdə saxlayır”.Elmira xanım bildirir ki, bir neçə səhifə var ki, ondan icazəsiz sırf onun reseptlərindən yararlanırlar. Hansı ki, həmin resept əsasında hazırlanmış şirniyyat Elmira xanımın təxəyyülünün məhsuludur.Müsahibimiz qədim şirniyyat növlərimiz olan şəkərbura, paxlava, şorqoğal kimi məmulatları həm ənənəvi üsullarla, həm də təkmilləşdirilmiş verisiyada izləyicilərə təqdim edir:“Nənələrimiz, analarımız bir xəmir yoğururdular, onunla həm şəkərbura, həm paxlava, həm də digər şirniyyatları hazırlayırdılar. Mən isə hər birinə spesifik yanaşıram. Hər bir şirniyyatın tərkibində dəyişikliklər etmişəm. Təcrübə göstərir ki, elədiyim yeniliklər uğurlu olub və mənim reseptimlə hazırlanan şirniyyatlar uzun müddət qalmasına baxmayaraq, dadını dəyişmir”.Elmira xanım əslən Orta Asiyalıdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya gələn müsahibimiz şəkərbura və paxlavanı bişirməyi bakılı qonşularından öyrənib. Qoğalın bişirilməsini isə qaynanasından öyrənən müsahibimiz bildirir ki, bəzi şirniyyatlar var ki, onlar zamanla unudulur:“Şəkər çörəyi, Şamaxı mütəkkəsi, Gəncə iriştə paxlavası, Ordubad tıxması, Azərbaycan nanı unudulmuş şirniyyatlarımızdandır. Ötən əsrin 80-ci illərində “Min bir şirniyyat” kitabı var idi. O kitabda olan əksər şirniyyatlar zamanla unudulub. Onun yerini başqa şirniyyatlar əvəzləyib”.Elmira xanım özü də əvvəllər şirniyyat həvəskarı olub. Sonradan səhhətində yaranan problemlərə görə, əl işlərinin dadına tamarzı qalıb:“Mən əvvəllər səhhətimə diqqət etmirdim. Nəfsimə hakim kəsilmirdim. Onun əziyyətini indi çəkirəm”.Məlumdur ki, bəzən xanımlar pəhriz saxlamaq üçün müəyyən şirniyyatlardan imtina edirlər. Hətta Elmira xanıma dietik şirniyyatların hazırlanması ilə bağlı sifariş də ediblər:“Şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün olan şəkər tozundan halva bişirməyimi istədilər. Bişirdim, o çox keyfiyyətsiz oldu. İnsan nə qədər özünə qadağa qoysa da orqanizmin təlabatı var. İnsanlar özlərini şirniyyatlardan, ətdən imtina etməsinlər. İnsanlara tövsiyyə edirəm ki, az yesinlər, həmişə yesinlər”.Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra ona YouTube-un oynatma düyməsinin simvolundan ibarət mükafatlar verilir.Qeyd edək ki, Elmira Qədirova “Yılın Starları Ödülleri 2022” və Ən populyar kanallara verilən "YouTube” yaradıcı mükafatlarınından olan “Gümüş Play Düyməsi”nin sahibidir.Məlumat üçün bildirək ki, təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolu olan mükafat təqdim olunur.Hər mükafat fərqli ölçüdədir, kanalın abunəçi sayısına görə mükafat da böyüyür. Gümüş düymə mükafatı 100 min abunəyə çatmış kanallara verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1e/441581031_241:0:1201:720_1920x0_80_0_0_8e7d9310593e5a49ad60c304a3feda0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
youtube, şirniyyat, azərbaycan, "youtube" kanalı
youtube, şirniyyat, azərbaycan, "youtube" kanalı
Az yeyin, həmişə yeyin! - Azərbaycanı dünyada tanıdan qənnadçıdan tövsiyə
10:11 01.05.2022 (Yenilənib: 10:31 01.05.2022) Əslən Orta Asiyadan olan kulinar şəkərbura və paxlavanı bişirməyi bakılı qonşularından, qoğalın bişirilməsini isə qaynanasından öyrənib.
BAKI, 1 may — Sputnik. Elmira Qədirova qənnadçıdır. Ötən əsrin 90-cı illərindən bu sahə ilə məşğuldur. Qəhrəmanımız neçə-neçə insanın toy-nişan xonçasını hazırlayıb.
2000-ci illərdən etibarən müxtəlif şirniyyat şirkətləri ilə əməkdaşlıq edib.
Həyat yoldaşını itirdikdən sonra depressiyaya düşən Elmira xanım sosial platforma sayəsində acısını həfiflədir:
“Övladlarım mənə sosial platformaya çıxmağı təkif elədilər. “Youtube” kanalı açdıq, gördüm ki, hazırladığım şirniyyatların reseptləri insanları cəlb edir. Mən də davam etdim”.
Zaman-zaman torpaqlarımızı, mədəniyyətimizi öz adlarına çıxan ermənilər milli mətbəximizi də öz adlarına çıxmaqdan çəkinməyiblər. Elmira xanım da onların bu xislətindən əziyyət çəkib. Səhifəsi iki dəfə bloklanıb:
“2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı dolmanı paylaşmışdım. Ermənilər şikayət etdi, səhifəm bloklandı. İkinci dəfə isə Bərdə terroru zamanı ermənilər şikayət etdilər, bloklandı. Bir də bu yaxınlarda səhifəmi qırmağa cəhd etdilər. Bunu isə özümüzün mətbəx səhifələrimiz etdilər. Onlar şikayət etdilər ki, guya mən plagiatla məşğulam. İndi “İnstagram” məni cani kimi izləyir, nəzarətdə saxlayır”.
Elmira xanım bildirir ki, bir neçə səhifə var ki, ondan icazəsiz sırf onun reseptlərindən yararlanırlar. Hansı ki, həmin resept əsasında hazırlanmış şirniyyat Elmira xanımın təxəyyülünün məhsuludur.
Müsahibimiz qədim şirniyyat növlərimiz olan şəkərbura, paxlava, şorqoğal kimi məmulatları həm ənənəvi üsullarla, həm də təkmilləşdirilmiş verisiyada izləyicilərə təqdim edir:
“Nənələrimiz, analarımız bir xəmir yoğururdular, onunla həm şəkərbura, həm paxlava, həm də digər şirniyyatları hazırlayırdılar. Mən isə hər birinə spesifik yanaşıram. Hər bir şirniyyatın tərkibində dəyişikliklər etmişəm. Təcrübə göstərir ki, elədiyim yeniliklər uğurlu olub və mənim reseptimlə hazırlanan şirniyyatlar uzun müddət qalmasına baxmayaraq, dadını dəyişmir”.
Elmira xanım əslən Orta Asiyalıdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya gələn müsahibimiz şəkərbura və paxlavanı bişirməyi bakılı qonşularından öyrənib. Qoğalın bişirilməsini isə qaynanasından öyrənən müsahibimiz bildirir ki, bəzi şirniyyatlar var ki, onlar zamanla unudulur:
“Şəkər çörəyi, Şamaxı mütəkkəsi, Gəncə iriştə paxlavası, Ordubad tıxması, Azərbaycan nanı unudulmuş şirniyyatlarımızdandır. Ötən əsrin 80-ci illərində “Min bir şirniyyat” kitabı var idi. O kitabda olan əksər şirniyyatlar zamanla unudulub. Onun yerini başqa şirniyyatlar əvəzləyib”.
Elmira xanım özü də əvvəllər şirniyyat həvəskarı olub. Sonradan səhhətində yaranan problemlərə görə, əl işlərinin dadına tamarzı qalıb:
“Mən əvvəllər səhhətimə diqqət etmirdim. Nəfsimə hakim kəsilmirdim. Onun əziyyətini indi çəkirəm”.
Məlumdur ki, bəzən xanımlar pəhriz saxlamaq üçün müəyyən şirniyyatlardan imtina edirlər. Hətta Elmira xanıma dietik şirniyyatların hazırlanması ilə bağlı sifariş də ediblər:
“Şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün olan şəkər tozundan halva bişirməyimi istədilər. Bişirdim, o çox keyfiyyətsiz oldu. İnsan nə qədər özünə qadağa qoysa da orqanizmin təlabatı var. İnsanlar özlərini şirniyyatlardan, ətdən imtina etməsinlər. İnsanlara tövsiyyə edirəm ki, az yesinlər, həmişə yesinlər”.
Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra ona YouTube-un oynatma düyməsinin simvolundan ibarət mükafatlar verilir.
Qeyd edək ki, Elmira Qədirova “Yılın Starları Ödülleri 2022” və Ən populyar kanallara verilən "YouTube” yaradıcı mükafatlarınından olan “Gümüş Play Düyməsi”nin sahibidir.
Məlumat üçün bildirək ki, təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolu olan mükafat təqdim olunur.
Hər mükafat fərqli ölçüdədir, kanalın abunəçi sayısına görə mükafat da böyüyür. Gümüş düymə mükafatı 100 min abunəyə çatmış kanallara verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.