https://sputnik.az/20220430/turkiye-seckilerden-sonra-fransa-ile--munasibetlerin-yaxsilasacagina-umid-edir---erdogan--441577959.html
Türkiyə seçkilərdən sonra Fransa ilə münasibətlərin yaxşılaşacağına ümid edir - Ərdoğan
Türkiyə seçkilərdən sonra Fransa ilə münasibətlərin yaxşılaşacağına ümid edir - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə prezidenti Fransada keçirilən seçkilərin nəticələrini bütün dünyanın qələbəsi adlandırıb. 30.04.2022, Sputnik Azərbaycan
2022-04-30T17:26+0400
2022-04-30T17:26+0400
2022-04-30T17:26+0400
dünya xəbərləri
türkiyə
fransa
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/42000/51/420005153_0:84:3338:1962_1920x0_80_0_0_09e7165f8c5784fa8ea5d569b48c7258.jpg
BAKI, 30 aprel - Sputnik. Fransada keçirilən seçkilərdə “ekstremistlərin” məğlubiyyəti bütün dünyanın qələbəsidir. RİA Novosti-nin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərabistanına səfərdən qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib.Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar.Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Makron 58,54%, Le Pen 41,46% səs toplayıb.“Fransadakı seçkilərdə ekstremistlərin aradan qaldırılmasını və onların məğlubiyyətini bütün dünyamızın qələbəsi hesab edirəm... Digər tərəfdən, Makronun əleyhdarlarının Fransanın sosioloji strukturunu o qədər də yaxşı analiz etmədiyi ortaya çıxdı. Başqa sözlə, onların İslama qarşı çox açıq-aşkar düşmənçilik nümayiş etdirmələri, xüsusən də hicaba qarşı ifrat münasibəti və müsəlmanlara qarşı tətbiqləri təbii ki, Makronu ikinci turda gündəmə gətirdi”, - deyə Ərdoğan bildirib.Ərdoğanın sözlərinə görə, seçkilərdən az əvvəl o, NATO sammiti çərçivəsində Makronla bir saata yaxın təkbətək görüş keçirib.“Həmin görüşdə Türkiyə-Fransa münasibətlərini gələcək dövr üçün necə planlaşdıracağımızdan, hansı addımlar atacağımızdan danışdıq. Ümid edirəm ki, bu seçkilər nəticəsində aramızda olan münasibətlər xeyli yaxşılaşacaq”, - deyə Türkiyə lideri bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42000/51/420005153_305:0:3034:2047_1920x0_80_0_0_c96f3f6688b767555d9369732b3c14ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, fransa, münasibətlər
türkiyə, fransa, münasibətlər
Türkiyə seçkilərdən sonra Fransa ilə münasibətlərin yaxşılaşacağına ümid edir - Ərdoğan
Türkiyə prezidenti Fransada keçirilən seçkilərin nəticələrini bütün dünyanın qələbəsi adlandırıb.
BAKI, 30 aprel - Sputnik. Fransada keçirilən seçkilərdə “ekstremistlərin” məğlubiyyəti bütün dünyanın qələbəsidir. RİA Novosti-nin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərabistanına səfərdən qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Makron 58,54%, Le Pen 41,46% səs toplayıb.
“Fransadakı seçkilərdə ekstremistlərin aradan qaldırılmasını və onların məğlubiyyətini bütün dünyamızın qələbəsi hesab edirəm... Digər tərəfdən, Makronun əleyhdarlarının Fransanın sosioloji strukturunu o qədər də yaxşı analiz etmədiyi ortaya çıxdı. Başqa sözlə, onların İslama qarşı çox açıq-aşkar düşmənçilik nümayiş etdirmələri, xüsusən də hicaba qarşı ifrat münasibəti və müsəlmanlara qarşı tətbiqləri təbii ki, Makronu ikinci turda gündəmə gətirdi”, - deyə Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, seçkilərdən az əvvəl o, NATO sammiti çərçivəsində Makronla bir saata yaxın təkbətək görüş keçirib.
“Həmin görüşdə Türkiyə-Fransa münasibətlərini gələcək dövr üçün necə planlaşdıracağımızdan, hansı addımlar atacağımızdan danışdıq. Ümid edirəm ki, bu seçkilər nəticəsində aramızda olan münasibətlər xeyli yaxşılaşacaq”, - deyə Türkiyə lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.