https://sputnik.az/20220430/stirahet-ve-bayram-gunlerinde-hava-nece-olacaq-441570405.html
İstirahət və bayram günlərində hava necə olacaq
İstirahət və bayram günlərində hava necə olacaq
Sputnik Azərbaycan
Mayın 2-3-də havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8° aşağı düşəcəyi bildirilir. 30.04.2022, Sputnik Azərbaycan
2022-04-30T14:51+0400
2022-04-30T14:51+0400
2022-04-30T14:51+0400
hava
cəmiyyət
proqnoz
bayram
istirahət günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436813599_0:103:2000:1228_1920x0_80_0_0_d567db1cc91c029046895acfc4a1f3de.jpg
BAKI, 30 aprel-Sputnik. İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 30-u gündüz, mayın 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24°-dək isti olacağı gözlənilir.Mayın 2-3-də isə havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək 18°-yə yaxın olacaq. Güclü şimal-qərb küləyinin maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.Naxçıvan Muxtar RespublikasındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər zəif duman olacaq.Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 2-si axşam, 3-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaBəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin 30-da ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 11-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436813599_114:0:1887:1330_1920x0_80_0_0_dc0d8f83811194444a683935a6390096.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hava, proqnoz, bayram, istirahət günü
hava, proqnoz, bayram, istirahət günü
İstirahət və bayram günlərində hava necə olacaq
Mayın 2-3-də havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8° aşağı düşəcəyi bildirilir.
BAKI, 30 aprel-Sputnik. İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 30-u gündüz, mayın 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24°-dək isti olacağı gözlənilir.
Mayın 2-3-də isə havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək 18°-yə yaxın olacaq. Güclü şimal-qərb küləyinin maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.
Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.
Naxçıvan Muxtar Respublikasında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 2-si axşam, 3-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin 30-da ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.