Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İqor Xovayevin Bakı səfəri nə ilə nəticələndi?

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev RF Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib
Prezident İlham Əliyev RF Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Politoloq Fərhad Məmmədovun fikrincə, Xovayevin səfəri bir tərəfdən Bakının gözləntiləri və baxışının dəqiqləşdirilməsinə xidmət edirsə, digər tərəfdən də yol xəritəsinin hazırlanmasına töhfə verəcək.
BAKI, 30 aprel - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfər rəsmi Moskvanın regionda fəallaşmasının təzahürüdür.
Bu sözləri Azərbaycanlı politoloq Fərhad Məmmədov xüsusi olaraq @SputnikAz-a İqor Xovayevin Bakı səfərinin yekunlarını şərh edərkən deyib.
O qeyd edib ki, əvvəllər Rusiya vasitəçiliyi üçün prioritet infrastruktur layihələr və kommunikasiyalar, ikinci növbədə isə delimitasiya və demarkasiya məsələsi idi. İndi isə Bakının irəli sürdüyü və İrəvanın razılaşdığı sülh sazişi və beş baza prinsipi üzrə təşəbbüs bütün dövlətlərarası məsələləri əhatə edir.
"Məsələ isə ondadır ki, bu beş prinsipdə həm ərazi bütövlüyü, həm bölgədə kommunikasiyaların açılması, həm sərhəd məsələsi, həm də güc tətbiq etməmək öhdəliyi var. Bir tərəfdən Xovayevin səfəri bu məsələlərin sıralamasına, Bakının gözləntiləri və baxışının dəqiqləşdirilməsinə xidmət edirsə, digər tərəfdən bütün bu məsələlərin həlli üzrə yol xəritəsinin hazırlanmasına töhfə verəcək", - deyə politoloq bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin son çıxışlarından biri Bakının hər bir yolla hərəkətə hazır olduğunu nümayiş etdirir. Əsas məsələ dinamikanın qorunması və qərarların qəbul olunmasının tarixlərinin dəqiq təsdiqlənməsidir.
"Azərbaycan Ermənistanla məsələləri qapatmağa çalışır ki, Qarabağın erməni əhalisi ilə məsələlərin həllinə keçsin", - deyə F.Məmmədov əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyü" çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasiləyə imkan vermir: "Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqlarına görə regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur".
Bununla əlaqədar olaraq, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək.
Mariya Zaxarovanın sözlərinə görə, Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir.
Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev aprelin 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı ilə Yerevandakı müttəfiqlərimiz və tərəfdaşlarımızın Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Zaxarova deyib.
Rəsmi Moskva 2021-ci ilin iyul ayında ATƏT-in Minsk Qrupundakı rusiyalı həmsədri İqor Popovu diplomat İqor Xovayevlə əvəz etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0