Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərzaq qıtlığı olacağı barədə məlumatlar əsassızdır - Rəsmi

© BRUCE BENNETT / Getty Images via AFPArzaq dolu araba, arxiv şəkli
Arzaq dolu araba, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır.
BAKI, 30 aprel - Sputnik. Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.
Daha sonra Nazirliyin məlumatında deyilir:
"Dünyada neqativ meyillərin baş verdiyi, COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməmiş, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmamışdır.
Bütün bunlar isə, ərzaq təhlükəsizliyinin daha da möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir. Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır. Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən istehlak qiymətləri 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17 faiz, qeyri-ərzaq məhsulları 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,1 faiz bahalaşıb. Mart ayında ötən ilin martına nisbətən qida məhsulları ölkədə 17,4 faiz qalxıb.
Azərbaycandan ərzağın çıxarılması tənzimlənəcək Azərbaycandan əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların çıxarılması tənzimlənəcək. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Həmin məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq.
İqtisadiyyat Nazirliyi həmin malların ölkədən aparılması ilə bağlı müraciətə beş iş günü müddətində baxacaq və rəy verəcək. Bu il ölkəmizdən çıxarılması tənzimlənən malların siyahısı da artıq müəyyənləşib. Azərbaycanda ərzaq qıtlığı yoxdur Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha da prioritetləşib:
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
"Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan da xüsusən strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir".
"Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq", - deyə o əlavə edib.
Onu da xatırladaq ki, aprelin 28-i axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye Parkı" kompleksinin ərazisində yanğın baş verib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci ( Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Şirkətində sığortalanıb.
Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq. "Azərbaycan Sənaye Sığorta" Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib ki, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub. Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0