CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada yolsuzluq: Şəhidin evinə və məzarına getmək olmur

© Sputnik / Rahim MuradovAstaranın Əzərud kəndində yolsuzluq problemi
Astaranın Əzərud kəndində yolsuzluq problemi - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Öz toyunda vətən yolunda şəhid olmağı özünə arzu edən Pəncəli Teymurovun məzarına gedən yol sakinləri utandırır, rəsmi qurumların isə vecinə deyil.
BAKI, 30 aprel — Sputnik. Astaranın Əzərud kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Onlar problemin həlli üçün müxtəlif yerlərə müraciət ediblər.
"Bizim kəndin yolu çox bərbad vəziyyətdədir. Qış aylarında, yağış yağanda yol keçilməz olur. Yanğınsöndürən və Təcili Tibbi Yardım avtomobilləri bu kəndə gəlməkdən imtina edirlər. Uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Əlaqədar təşkilatlardan xahiş edirəm ki, yolumuzun təmiri üçün lazımı tədbirlər görsünlər", - kənd sakini Yusif Nurəliyev bildirir.
© Sputnik / Rahim MuradovAstaranın Əzərud kəndində yolsuzluq problemi
Astaranın Əzərud kəndində yolsuzluq problemi - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Astaranın Əzərud kəndində yolsuzluq problemi
Kənd yolunun bərbad olması sürücülər üçün də böyük problem yaradır. Yoldan hər gün keçməli olan Əzərud sakini Elyar Hacızadə deyir:
"Yol çox bərbad vəziyyətdə olduğundan avtomobillərimiz dağılır, ehtiyat hissələri də çox bahadır. Uşaqlarımız payız-qış aylarında məktəbə gedəndə çox çətinlik çəkirlər. Bu, Aprel şəhidi Pəncəli Teymurovun doğulduğu və uyuduğu kənddir. Yol asfaltlansa, şəhidin ailəsini və məzarını ziyarətə gələnlər də rahat gələ bilərlər."
Şəhid Pəncəli Teymurovun qardaşı Elbrus bu yolu bir dəfə təmir etdiklərini bildirib:
© Sputnik / Rahim MuradovAstaranın Əzərud kəndində yolsuzluq problemi
Astaranın Əzərud kəndində yolsuzluq problemi - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Astaranın Əzərud kəndində yolsuzluq problemi
"2017-ci ildə bu 2 km-lik yolu biz qardaşlar şəxsi vəsaitimiz hesabına maşınlarla qum töküb təmir etmişik. Öz toyunda vətən yolunda şəhid olmağı özünə arzu edən şəhidin məzarına kimi 2 km-lik yolun çəkilməməsi bizim üçün utancvericidir. Xaricdən, respublikamızın digər bölgələrindən gələn ziyarətçilər, onun döyüş yoldaşları asfalt yola kimi gəlirlər. Asfaltdan sonra isə gələ bilmədikləri üçün bizə zəng edirlər ki, "zəhmət deyilsə, gəlin bizi götürün". Təbii ki, borcumuzdur, gedib qonaqlarımızı gətiririk, amma belə alındığı üçün çox utanırıq. Bir neçə il bundan əvvəl bizə kəndimizin yolunun planda olduğunu deyiblər, amma heç bir tədbir görülməyib".
Asxanakəran İnzibati Ərazi üzrə nümayəndəsi Səlahəddin Əliyev isə bölgə müxbirimizə bildirib ki, yolsuzluq problemi təkcə Əzərudda mövcud deyil:
© Sputnik / Rahim MuradovAstaranın Əzərud kəndində yolsuzluq problemi
Astaranın Əzərud kəndində yolsuzluq problemi - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Astaranın Əzərud kəndində yolsuzluq problemi
"2017-ci ildə Taxtanəkəran-Toradi avtomobil yolu çəkiləndə Əzərud kəndinin yolunu da təmir etmişdik. Gördüyünüz kimi dağ yeridir, çətin relyefdir, çox yerlərdə torpaq sürüşməsi baş verir. Yol bələdiyyənin balansındadır. Odur ki, bələdiyyədə imkan yaranan kimi, yay aylarında yol imkan daxilində təmir ediləcək. Lakin bələdiyyələrin imkanları zəifdir, gəlirləri azdır. Ona görə də genişmiqyaslı təmir işləri apara bilmir".
Ərazi icra nümayəndəsi onu da əlavə edib ki, 2018-ci ildə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Asxanakəran nümayəndəliyinə daxil olan 10 kəndin, 18,5 km-lik ara yollarının tikintisi nəzərdə tutulubmuş:
© Sputnik / Rahim MuradovAstaranın Əzərud kəndində yolsuzluq problemi
Astaranın Əzərud kəndində yolsuzluq problemi - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Astaranın Əzərud kəndində yolsuzluq problemi
"Bizdən layihə istədilər, biz də onu vermişik İqtisadi İnkişaf Nazirliyinə. Hələ ki, Nazirlikdən rəsmi heç bir cavab almamışıq. İmkan yaranan kimi, bu problem həll olunacaq".
Görünən odur ki, kəndin bərbad hala düşən 2.5 km-lik yolunun nə vaxt təmir ediləcəyi sual altındadır.
Əzərud kəndi Peştəsər dağ silsiləsinin ətəyində yerləşir. Orada 70-ə yaxın kəndli təsərrüfatı var və 2000-ə yaxın sakin yaşayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0