Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Aktivlərin müsadirəsi": ABŞ öz məqsədləri üçün nə qədər Rusiya pulu xərcləyə bilər

© Anna Moneymaker / Getty Images via AFPVaşinqtonda Kapitoli binası
Vaşinqtonda Kapitoli binası - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Ötən il taliblərdən qaçan amerikalılar Əfqanıstanın təxminən 7 milyard dollarını dondurublar və bunu Kabilə təzyiq göstərmək üçün diplomatik vasitə kimi izah ediblər.
Mixail Katkov, Alyona Kazakova, RİA Novosti
Amerikalılar Ukraynaya kömək üçün həbs edilmiş Rusiya aktivlərindən iki milyon dolları göndərmək qərarına gəliblər. Başqasının əmlakını ələ keçirmək onlar üçün ilk deyil: Əfqanıstandan yeddi milyard, İrandan isə daha böyük məbləğ ələ keçirilib. Bu iş Vaşinqtonun xoşuna gəlsə, Moskva çox şey itirəcək.
Məcburi Yardım
ABŞ Nümayəndələr Palatası Ukraynanı dəstəkləmək və "Rusiyanı demokratikləşdirmək" üçün dondurulmuş Rusiya vəsaitlərinin istifadəsinə icazə verən qanun layihəsini təsdiqləyib (417 konqresmen lehinə, 8-i isə əleyhinə).
"The New York Times" nəşri yazır ki, prezident Co Baydeni əlavə zərbə vurmaq üçün sanksiyalar çərçivəsində ələ keçirilən dəbdəbəli əşyaları satmağa çağırıblar. Düzdür, aktivlərin sahiblərini bu hərəkətlərə etiraz etmək hüququndan məhrum edən qanun layihəsi keçməyib, ancaq sevinmək üçün hələ tezdir.
Bayden Rusiya oliqarxlarına qarşı mübarizə üçün Konqresə təkliflər paketini göndərdiyini bildirib.
"Biz onları topladıqları pullardan məhrum etmək üçün hər şeyi edəcəyik. Bu əmlakın ləğv edilmə və müsadirəsini həyata keçirmək üçün yeni mexanizmlər yaradılacaq. Biz oliqarxların aktivlərinin satışı zamanı gəlirləri birbaşa Ukraynaya dəyən zərərin aradan qaldırılmasına yönəldilməsi üçün hər şeyi edirik", - deyə Bayden vurğulayıb.
Bundan əlavə, Dövlət Departamenti Rusiyanın terrorizmin sponsoru kimi tanınması imkanlarını nəzərdən keçirir. Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvanın Vaşinqtonun bütün qərarlarına, hətta axmaq qərarlarına belə cavab verəcəyini deyib.
Hələ aprelin ortalarında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan dondurulmuş aktivlərin Rusiya iş adamlarına qaytarılmayacağını bildirmişdi. Eyni zamanda, özü də bunu "zəbt" kimi təsnif edib.
Çox güman ki, Vaşinqton iki milyonla kifayətlənməyəcək. Amerikalılar Rusiya Mərkəzi Bankına məxsus, lakin FED hesablarında olan yüz milyard dolları dondurdular. Dövlət Departamentinin rəhbəri Entoni Blinken Ağ Evdə onları Kiyevə necə göndərmək barədə düşündüklərini gizlətmir. Hüquqi incəliklər buna mane olur.
Zelenskinin iştahı daha böyükdür: o, Mərkəzi Bankın və Rusiya milyarderlərinin vəsaitlərindən 400 milyard dollara ümid edir.
Günün günorta çağı soyğunçuluq
Keçən il taliblərdən qaçdıqdan sonra amerikalılar Əfqanıstanın təxminən 7 milyard dollarını dondurdular. Onlar izah etdilər ki, bu, Kabilə təzyiq göstərmək üçün diplomatik vasitə olacaq.
Vəsaitin bir hissəsi 2001-ci il sentyabrın 11-də törədilən terror aktı nəticəsində zərər çəkmiş ailələrə kompensasiyanın ödənilməsinə, qalan hissəsi isə humanitar yardıma göndəriləcək. Taliblər bunu quldurluq adlandırdılar, lakin Vaşinqton bu sözə görə heç də xəcalət hissi keçirmədi. Orada ABŞ-ın və müttəfiqlərinin Əfqanıstan iqtisadiyyatına qoyduğu iyirmi illik sərmayəyə istinad edirlər. Hətta BMT-nin baş katibi Antonio Quterreş bu pulun qaytarılmasını tələb edirdi, çünki ölkə ipdən asılı vəziyyətdədir.
Üstəlik, amerikalılar Əfqanıstanda təxminən eyni yeddi milyard dəyərində olan hərbi texnikanı atıb qaçdılar. CNN Pentaqonun qanunvericilər qarşısında hesabatını göstərərək xəbər verir ki, hərbi təyyarələr və avtomobillər, silahlar, döyüş sursatı və rabitə vasitələri Talibanın* əlində keçib.
İrana isə heç bu da qalmadı. 1979-cu il İslam İnqilabından sonra dondurulan aktivlərin 100-120 milyard dollar olduğu təxmin edilir. Üstəlik, vəsaitlər təkcə ABŞ-da deyil, Çin, Cənubi Koreya, Lüksemburq, Yaponiya və İraqda da mövcuddur. Gəlirlərin əksəriyyəti neftdən gəlir.
Onlardan sonuncusuna 1981-ci ilin sonunda imkan verildi.
İnqilab Vaşinqton üçün sərfəli olan Şah Məhəmməd Pəhləvini devirdi. ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirdilər, 66 amerikalı girov götürüldü. Onlardan sonuncusunu yalnız 1981-ci ilin sonlarında buraxdılar.
Nə məhkəmə, nə də pul
"ABŞ tərəfinin bu cür hərəkətləri hansısa beynəlxalq hüquqi çərçivədən kənardır. Aydındır ki, bu xətt bundan sonra da davam edəcək, əvvəllər qeyri-mümkün görünən addımlar atacaqlar. Təbii ki, cavab tədbirləri haqqında danışılacaq. Rusiya ABŞ-ın həm fiziki, həm də hüquqi şəxslərinin ölkədəki aktivlərinə həbs qoymaq hüququnu özündə saxlaya bilər". – beynəlxalq hüquqşünas Dmitri Romanenko belə hesab edir.
O, konqresin qərarına etiraz edilə biləcəyinə şübhə edir, çünki beynəlxalq məhkəmələrə təzyiq göstərməkdən çəkinməyəcəklər və əlbəttə ki, bu Rusiyanın xeyrinə deyil.
"Rusiyanın dondurulmuş üç yüz milyard dollarından istifadə etmək ideyası Kiyevdə, daha sonra isə Vaşinqtonda deyilib. Ancaq məlum oldu ki, bunun üçün müəyyən hüquqi maneələr var. Hesablara həbs qoymaq bir şeydir, onu xərcləmək isə başqa şeydir. Bunun üçün milli orqanlar və ya məhkəmə orqanları kifayət etmir", - deyə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev bildirib.
Onun sözlərinə görə, əvvəllər belə hal olmayıb. "Bəli, bu Əfqanıstanla bağlı vəziyyəti xatırladır, lakin Taliban* qadağan olunmuş terror təşkilatıdır. Bunu yarımpresedent hesab etmək olar. Adətən, İranda olduğu kimi vəsaitlər dondurulur və sonra onların geri qaytarılması məsələsi həll edilir. Ya da bu aktivlər aktivlər iqtisadi qarşılıqlı hesablamalar üçün istifadə edərək qeyri-müəyyən müddət saxlanılır", - deyə ekspert əlavə edir.
Rusiya pulları Ukrayna qaçqınlarını qəbul edən Aİ ölkələrinə də verilə bilər. Eyni zamanda, RİA Novosti-nin həmsöhbəti bu vəsaitlərin təyinatı üzrə xərclənəcəyinə də şübhə edir.
"Amerikalılar pilot layihələrə başlayırlar, üç yüz milyardın hamısını xərcləyəcəklərini dərhal elan etməyə risk etmirlər. Ancaq hissə-hissə etsələr, tədricən bu qanuni görünəcək. İndi ilk tranşı götürüb humanitar yardım üçün Ukraynaya göndərəcəklər və ya başqa bir şey edəcəklər. Və tədricən məbləğləri artıracaqlar. Camaat da buna öyrəşəcək", - deyə Vasilyev qeyd edir.
Vaşinqton dünya maliyyə praktikasında son dərəcə təhlükəli nümunə yaradır. Artıq heç bir ölkə öz əmanətlərinin təhlükəsiz olduğuna əmin ola bilməz.
* Təşkilat terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0