https://sputnik.az/20220429/rusiya-sulhmeramlilari-ile-herbcilerimiz-arasinda-munasibetler-yaxsi-seviyyededir-441554288.html
"Rusiya sülhməramlıları ilə hərbçilərimiz arasında münasibətlər yaxşı səviyyədədir"
"Rusiya sülhməramlıları ilə hərbçilərimiz arasında münasibətlər yaxşı səviyyədədir"
Sputnik Azərbaycan
Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və Azərbaycan ərazilərində qalma müddəti məlumdur. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T19:05+0400
2022-04-29T19:05+0400
2022-04-29T19:05+0400
sülhməramlılar
siyasət
rusiya
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425474106_0:0:3117:1754_1920x0_80_0_0_097e38c1c3cab998859f221b28f46089.jpg
BAKI, 29 aprel — Sputnik. "Üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib. Tərəflərdən biri beş illik müddətin kifayət etdiyinə qərar versə, bu barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət amildir".Bu sözləri Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.Dövlət başçısı bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən il yarım ərzində ümumiyyətlə sabit olub. Düzdür, müəyyən gərginliklər baş verib. Ancaq indi vəziyyət sabitdir. Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münasibətlər yaxşı səviyyədədir.Prezident xatırladıb ki, Rusiyanın sülhməramlıları müvəqqəti Azərbaycan ərazilərində yerləşib: "Üstəlik, Rusiya ilə illərdir çalışdığımız iqtisadi, enerji, nəqliyyat, mədəni, humanitar sahələr üzrə genişmiqyaslı məsələlər var. Əlbəttə, biz Rusiyadan hərbi vasitələr alırıq, əlbəttə, doğrudur biz onları ödənişsiz əldə edən Ermənistandan fərqli olaraq, bazar dəyərinə alırıq. Bunlar dırnaqarası kreditlər hesabına ödənilirdi, amma bu kreditlər heç vaxt qaytarılmayıb. Fərq budur. Amma eyni zamanda, düşünürəm ki, bu regional oyunçulara bir növ mesajdır ki, burada sülh olmalıdır. Türkiyə və Rusiya – hər ikisi müharibədən sonra regiondakı yeni konfiqurasiyada iştirak etdilər. Bilirsiniz ki, vəziyyəti müşahidə etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir. Düşünürəm ki, tarixdə ilk dəfədir ki, belə bir tənzimləmə mümkündür. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələri – biz indi görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəs üçün vasitəçilik edir. Beləliklə, bütün bunlar regional təhlükəsizliyə və sabitliyə xidmət edir və eyni zamanda, bizim əməkdaşlığımızın müstəqil xarakterini nümayiş etdirir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425474106_233:0:2964:2048_1920x0_80_0_0_cfb32965743ed84fffe6f0eb4ebcced7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sülhməramlılar, rusiya, prezident ilham əliyev
sülhməramlılar, rusiya, prezident ilham əliyev
"Rusiya sülhməramlıları ilə hərbçilərimiz arasında münasibətlər yaxşı səviyyədədir"
Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və Azərbaycan ərazilərində qalma müddəti məlumdur.
BAKI, 29 aprel — Sputnik. "Üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib. Tərəflərdən biri beş illik müddətin kifayət etdiyinə qərar versə, bu barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət amildir".
Bu sözləri Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən il yarım ərzində ümumiyyətlə sabit olub. Düzdür, müəyyən gərginliklər baş verib. Ancaq indi vəziyyət sabitdir. Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münasibətlər yaxşı səviyyədədir.
Prezident xatırladıb ki, Rusiyanın sülhməramlıları müvəqqəti Azərbaycan ərazilərində yerləşib:
"Üstəlik, Rusiya ilə illərdir çalışdığımız iqtisadi, enerji, nəqliyyat, mədəni, humanitar sahələr üzrə genişmiqyaslı məsələlər var. Əlbəttə, biz Rusiyadan hərbi vasitələr alırıq, əlbəttə, doğrudur biz onları ödənişsiz əldə edən Ermənistandan fərqli olaraq, bazar dəyərinə alırıq. Bunlar dırnaqarası kreditlər hesabına ödənilirdi, amma bu kreditlər heç vaxt qaytarılmayıb. Fərq budur. Amma eyni zamanda, düşünürəm ki, bu regional oyunçulara bir növ mesajdır ki, burada sülh olmalıdır.
Türkiyə və Rusiya – hər ikisi müharibədən sonra regiondakı yeni konfiqurasiyada iştirak etdilər. Bilirsiniz ki, vəziyyəti müşahidə etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir. Düşünürəm ki, tarixdə ilk dəfədir ki, belə bir tənzimləmə mümkündür. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələri – biz indi görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəs üçün vasitəçilik edir. Beləliklə, bütün bunlar regional təhlükəsizliyə və sabitliyə xidmət edir və eyni zamanda, bizim əməkdaşlığımızın müstəqil xarakterini nümayiş etdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.