https://sputnik.az/20220429/otengunku-yanginda-kommunal-xidmetlere-deymis-zerer-mueyyen-edilecek-441536272.html
"Azərsun Sənaye Parkı"ndakı yanğında kommunal xidmətlərə dəymiş zərər müəyyən ediləcək
"Azərsun Sənaye Parkı"ndakı yanğında kommunal xidmətlərə dəymiş zərər müəyyən ediləcək
Sputnik Azərbaycan
İl ərzində 62 yeni yaşayış massivinin qazlaşdırılması da nəzərdə tutulub. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T14:11+0400
2022-04-29T14:11+0400
2022-04-29T15:19+0400
yanğın
azərbaycan xəbərləri
fhn
qaz xətti
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441533046_0:0:1600:900_1920x0_80_0_0_d48d5f3c18b1ed250d7b763d98c589ea.jpg
BAKI, 29 aprel — Sputnik. Ötən gün "Azərsun Sənaye Parkı"nda baş verən yanğında kommunal xidmətlərə dəymiş zərər aparılacaq tədqiqat işlərinin nəticələrinə əsasən müəyyən ediləcək. Yanğın yeni söndürüldüyündən hələ dəqiq məlumat açıqlamaq mümkün deyil.Bunu "Azəriqaz" İstehsalat Birliyinin "Yeni qazlaşma və inkişaf şöbəsi"nin rəisi Teymur Cəfərov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.T.Cəfərov bildirib ki, həmin ərazidə yanğınsöndürmə əməliyyatları demək olar ki, yekunlaşıb.T.Cəfərov bildirib ki, bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təsdiq edilmiş plana uyğun olaraq müxtəlif bölgələrdə ümumən 69 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub.O qeyd edib ki, bundan əlavə, həm regionları, həm də Bakı şəhərini əhatə edən 62 yeni yaşayış massivinin qazlaşdırılması da nəzərdə tutulub.T.Cəfərov qeyd edib ki, hazırda yaşayış məntəqələri üzrə işin 50%-ində, yəni 32 yaşayış məntəqəsində sürətli iş gedir, yeni yaşayış massivlərinin 75%-də bu işə başlanılıb: "Havalar istiləşdikcə bu işlər daha sürətli olacaq. Götürülmüş öhdəlik də ilin sonuna qədər 100% yerinə yetiriləcək".Onun sözlərinə görə, hazırda ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edir: "Son 10 il ərzində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən dövlət dəstəyi ilə 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb".Birliyin "Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsi"nin rəisi Rövşən Məhyəddinov isə bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında imzalanan memoranduma əsasən, yaxın günlərdə Azərbaycanda yerli istehsallı mexaniki qaz sayğaclarının quraşdırılmasına başlanılacaq.O qeyd edib ki, məişət tipli qaz sayğaclarının yerli istehsalı ilə bağlı müvafiq tədbirlər görülür. İdxaldan asılılığı azaltmaq, xarici valyutanın ölkədən axınının qaşısını almaq, yerli sahibkarlara stimul vermək, eyni zamanda inkişaf etdirmək üçün bu addımlar atılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20201106/Qazlama-ilri-surtl-davam-edir-425397327.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441533046_200:0:1400:900_1920x0_80_0_0_d9406c46879e8e0b9c683605420c4cb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yanğın, fhn, qaz xətti
"Azərsun Sənaye Parkı"ndakı yanğında kommunal xidmətlərə dəymiş zərər müəyyən ediləcək
14:11 29.04.2022 (Yenilənib: 15:19 29.04.2022) İl ərzində 62 yeni yaşayış massivinin qazlaşdırılması da nəzərdə tutulub.
BAKI, 29 aprel — Sputnik. Ötən gün "Azərsun Sənaye Parkı"nda baş verən yanğında kommunal xidmətlərə dəymiş zərər aparılacaq tədqiqat işlərinin nəticələrinə əsasən müəyyən ediləcək. Yanğın yeni söndürüldüyündən hələ dəqiq məlumat açıqlamaq mümkün deyil.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin "Yeni qazlaşma və inkişaf şöbəsi"nin rəisi Teymur Cəfərov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
T.Cəfərov bildirib ki, həmin ərazidə yanğınsöndürmə əməliyyatları demək olar ki, yekunlaşıb.
T.Cəfərov bildirib ki, bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təsdiq edilmiş plana uyğun olaraq müxtəlif bölgələrdə ümumən 69 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub.
O qeyd edib ki, bundan əlavə, həm regionları, həm də Bakı şəhərini əhatə edən 62 yeni yaşayış massivinin qazlaşdırılması da nəzərdə tutulub.
T.Cəfərov qeyd edib ki, hazırda yaşayış məntəqələri üzrə işin 50%-ində, yəni 32 yaşayış məntəqəsində sürətli iş gedir, yeni yaşayış massivlərinin 75%-də bu işə başlanılıb: "Havalar istiləşdikcə bu işlər daha sürətli olacaq. Götürülmüş öhdəlik də ilin sonuna qədər 100% yerinə yetiriləcək".
Onun sözlərinə görə, hazırda ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edir: "Son 10 il ərzində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən dövlət dəstəyi ilə 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb".
Birliyin "Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsi"nin rəisi Rövşən Məhyəddinov isə bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında imzalanan memoranduma əsasən, yaxın günlərdə Azərbaycanda yerli istehsallı mexaniki qaz sayğaclarının quraşdırılmasına başlanılacaq.
O qeyd edib ki, məişət tipli qaz sayğaclarının yerli istehsalı ilə bağlı müvafiq tədbirlər görülür. İdxaldan asılılığı azaltmaq, xarici valyutanın ölkədən axınının qaşısını almaq, yerli sahibkarlara stimul vermək, eyni zamanda inkişaf etdirmək üçün bu addımlar atılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.