https://sputnik.az/20220429/mirzoyan-moskvanin-ucterefli-gorus-teklifine-raziliq-verdi-441548124.html
Mirzoyan Moskvanın üçtərəfli görüş təklifinə razılıq verdi
Mirzoyan Moskvanın üçtərəfli görüş təklifinə razılıq verdi
Sputnik Azərbaycan
Bu gün Rusiya və Ermənistan XİN rəhbərlərinin telefon danışığında Ararat Mirzoyan üçtərəfli görüşün keçirilməsinə razılıq verib. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T17:59+0400
2022-04-29T17:59+0400
2022-04-29T18:43+0400
dünya xəbərləri
azərbaycan
azərbaycan xin
hikmət hacıyev
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426100523_0:0:1004:565_1920x0_80_0_0_33f885a3b43263771122d010fbeca0ee.jpg
BAKI, 29 aprel — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 13-də Düşənbədə Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə iştirak etməyə razılıq verib. Bu barədə Ermənistan XİN məlumat yayıb.Mirzoyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb və o, Moskvanın təklifi ilə razılaşıb. İclas MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq.Nazirlər Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin sərhədlərin müəyyən edilməsi və təhlükəsizliyi üzrə komissiyanın yaradılması məsələsinə toxunublar.Ermənistan xarici işlər naziri Yerevanın regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara hazır olduğunu bir daha təsdiqləyib.Xatırladaq ki, aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220425/azerbaycan-ve-ermenistan-raziliga-geldi---xn--441397925.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426100523_251:0:1004:565_1920x0_80_0_0_3867f6c17fa9e0630bcf7f83264034e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, azərbaycan xin, hikmət hacıyev
azərbaycan, azərbaycan xin, hikmət hacıyev
Mirzoyan Moskvanın üçtərəfli görüş təklifinə razılıq verdi
17:59 29.04.2022 (Yenilənib: 18:43 29.04.2022) Bu gün Rusiya və Ermənistan XİN rəhbərlərinin telefon danışığında Ararat Mirzoyan üçtərəfli görüşün keçirilməsinə razılıq verib.
BAKI, 29 aprel — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 13-də Düşənbədə Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə iştirak etməyə razılıq verib. Bu barədə Ermənistan XİN məlumat yayıb.
Mirzoyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb və o, Moskvanın təklifi ilə razılaşıb. İclas MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq.
Nazirlər Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin sərhədlərin müəyyən edilməsi və təhlükəsizliyi üzrə komissiyanın yaradılması məsələsinə toxunublar.
Ermənistan xarici işlər naziri Yerevanın regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara hazır olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.
Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.
Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.