https://sputnik.az/20220429/mehriban-eliyeva-yanginin-sondurulmesinde-istirak-eden-qurumlara-tesekkur-edib-441547702.html
Mehriban Əliyeva yanğının söndürülməsində iştirak edən qurumlara təşəkkür edib
Mehriban Əliyeva yanğının söndürülməsində iştirak edən qurumlara təşəkkür edib
Sputnik Azərbaycan
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T16:20+0400
2022-04-29T16:20+0400
2022-04-29T16:23+0400
azərbaycan xəbərləri
azərbaycanın birinci vitse-prezidenti
mehriban əliyeva
birinci xanım mehriban əliyeva
https://cdnn1.img.sputnik.az/img/42240/85/422408535_0:0:2889:1625_1920x0_80_0_0_b43df6b31b36d56e060f1fcd1bdc5ae2.jpg
BAKI, 29 aprel — Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğınla bağlı paylaşım edib.Paylaşımda deyilir:"Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm".Qeyd edək ki, yanğın hadisəsi aprelin 28-i axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye Parkı" kompleksinin ərazisində baş verib.İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci ( Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.Yanğın bu gün saat 08:24-də söndürülüb.Xatırladaq ki, yanğın zamanı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220213/prezident-lham-eliyev-ve-mehriban-eliyeva-agdam-rayonuna-sefer-edibler-439120852.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42240/85/422408535_0:0:2729:2047_1920x0_80_0_0_124615887189d9f036b2b56668c96edd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycanın birinci vitse-prezidenti, mehriban əliyeva, birinci xanım mehriban əliyeva
azərbaycanın birinci vitse-prezidenti, mehriban əliyeva, birinci xanım mehriban əliyeva
Mehriban Əliyeva yanğının söndürülməsində iştirak edən qurumlara təşəkkür edib
16:20 29.04.2022 (Yenilənib: 16:23 29.04.2022) Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.
BAKI, 29 aprel — Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğınla bağlı paylaşım edib.
"Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, yanğın hadisəsi aprelin 28-i axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye Parkı" kompleksinin ərazisində baş verib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci ( Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Yanğın bu gün saat 08:24-də söndürülüb.
Xatırladaq ki, yanğın zamanı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.