https://sputnik.az/20220429/lham-eliyev-azerbaycan-ve-ermenistan-numayendelerinin-yeniden-gorusu-planlasdirilir-441540597.html
İlham Əliyev: Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşü planlaşdırılır
İlham Əliyev: Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşü planlaşdırılır
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti deyib ki, gələn ayın əvvəlində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T14:54+0400
2022-04-29T14:54+0400
2022-04-29T14:54+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532694_0:121:1866:1171_1920x0_80_0_0_e905a924ca9e76e75fa41950757208fd.jpg
BAKI, 29 aprel - Sputnik. "Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır".Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Avropa İttifaqının (Aİ), xüsusilə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəal rolunu qeyd edib, Aİ-nin təşəbbüsü ilə artıq 2 dəfə üçtərəfli görüşün baş tutduğunu xatırladıb.“Biz həmçinin telefon danışıqları aparırıq. Mayın əvvəlində yenidən Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır”, - Prezident İlham Əliyev bildirib.Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220429/prezident-qarabagda-yasayan-ermenilerden-musbet-ismarislar-gelmekdedir-441533536.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532694_72:0:1795:1292_1920x0_80_0_0_1bc7fa88763e757acb3e24fcd4ded94a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, azərbaycan, ermənistan
prezident ilham əliyev, azərbaycan, ermənistan
İlham Əliyev: Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşü planlaşdırılır
Azərbaycan Prezidenti deyib ki, gələn ayın əvvəlində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır.
BAKI, 29 aprel - Sputnik. "Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Avropa İttifaqının (Aİ), xüsusilə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəal rolunu qeyd edib, Aİ-nin təşəbbüsü ilə artıq 2 dəfə üçtərəfli görüşün baş tutduğunu xatırladıb.
“Biz həmçinin telefon danışıqları aparırıq. Mayın əvvəlində yenidən Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır”, - Prezident İlham Əliyev bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.