https://sputnik.az/20220429/kreml-putinin-g20-sammitine-devet-olunmasi-ile-bagli-suali-cavablandirib-441547534.html
Kreml Putinin G20 sammitinə dəvət olunması ilə bağlı sualı cavablandırıb
Kreml Putinin G20 sammitinə dəvət olunması ilə bağlı sualı cavablandırıb
Sputnik Azərbaycan
Rusiya G20 sammitində iştirakla bağlı hələ qərar verməyib. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T17:40+0400
2022-04-29T17:40+0400
2022-04-29T18:43+0400
rusiya
g20
vladimir putinin köməkçisi dmitri peskov
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434763782_0:0:3071:1728_1920x0_80_0_0_095b51afca89e35f4f310fa648d42b0b.jpg
BAKI, 29 aprel — Sputnik. Peskovun, Putinin G20 sammitinə dəvəti ilə bağlı suala cavabı belə olub: Rusiya tədbirə hazırlaşacaq. Rusiya G20 sammitinə hazırlaşacaq. İştirak modallıqları haqqında danışmaq isə hələ tezdir, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.O xatırladıb ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidodo ilə telefon danışığı aparıb."Çox pozitiv bir söhbət oldu. Putin İndoneziyanın G-20 sədrliyinə uğurlar arzuladı və əmin etdi ki, Rusiya da bu uğurlu sədrliyə töhfə vermək üçün lazım və mümkün olan hər şeyi edəcək. Və, Rusiya da, həmçinin, bu sammitə hazırlaşacaq.İştirakımızın bəzi digər modallıqları haqqında danışmaq hələ tezdir. Biz sizə vaxtında məlumat verəcəyik", – deyə Peskov jurnalistlərə Putinin G20 sammitinə dəvəti ilə bağlı sualı cavablandırarkən bildirib.Peskovdan, Putinin G20 sammiti üçün İndoneziyaya səfər edib-etməyəcəyi və ya videokonfrans vasitəsilə iştirak etməsi ilə bağlı qərarın verilib-verilmədiyi də soruşulub."Xeyr, belə qərarlar yoxdur. Prezident həqiqətən də cənab Vidodoya sammitdə iştirak etmək üçün mehriban dəvətinə görə təşəkkür edib. Rusiya bu sammitə hazırlaşacaq və İndoneziyanın sədrliyinin uğurlu olması üçün əlindən gələni edəcək", - deyə Peskov izah edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220422/baydenin-tezyiqlerine-regmen-rusiya-prezidenti-g20-ye-devet-edilib-441331720.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434763782_0:0:2729:2047_1920x0_80_0_0_e2598116af7b472fcaeff577f06abfd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
g20, vladimir putinin köməkçisi dmitri peskov, rusiya federasiyası
g20, vladimir putinin köməkçisi dmitri peskov, rusiya federasiyası
Kreml Putinin G20 sammitinə dəvət olunması ilə bağlı sualı cavablandırıb
17:40 29.04.2022 (Yenilənib: 18:43 29.04.2022) Rusiya G20 sammitində iştirakla bağlı hələ qərar verməyib.
BAKI, 29 aprel — Sputnik. Peskovun, Putinin G20 sammitinə dəvəti ilə bağlı suala cavabı belə olub: Rusiya tədbirə hazırlaşacaq.
Rusiya G20 sammitinə hazırlaşacaq. İştirak modallıqları haqqında danışmaq isə hələ tezdir, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O xatırladıb ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidodo ilə telefon danışığı aparıb.
"Çox pozitiv bir söhbət oldu. Putin İndoneziyanın G-20 sədrliyinə uğurlar arzuladı və əmin etdi ki, Rusiya da bu uğurlu sədrliyə töhfə vermək üçün lazım və mümkün olan hər şeyi edəcək. Və, Rusiya da, həmçinin, bu sammitə hazırlaşacaq.
İştirakımızın bəzi digər modallıqları haqqında danışmaq hələ tezdir. Biz sizə vaxtında məlumat verəcəyik", – deyə Peskov jurnalistlərə Putinin G20 sammitinə dəvəti ilə bağlı sualı cavablandırarkən bildirib.
Peskovdan, Putinin G20 sammiti üçün İndoneziyaya səfər edib-etməyəcəyi və ya videokonfrans vasitəsilə iştirak etməsi ilə bağlı qərarın verilib-verilmədiyi də soruşulub.
"Xeyr, belə qərarlar yoxdur. Prezident həqiqətən də cənab Vidodoya sammitdə iştirak etmək üçün mehriban dəvətinə görə təşəkkür edib. Rusiya bu sammitə hazırlaşacaq və İndoneziyanın sədrliyinin uğurlu olması üçün əlindən gələni edəcək", - deyə Peskov izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.