Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baydenin təzyiqlərinə rəğmən Rusiya prezidenti G20-yə dəvət edilib

© AP Photo / Craig MitchelldyerABŞ prezidenti Co Bayden, arxiv şəkli
ABŞ prezidenti Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Dmitri Peskovun sözlərinə görə, Putinin növbəti G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərar vəziyyətin inkişafından asılı olaraq veriləcək və Kreml bu halda əsas diqqəti təşkilatçı İndoneziyaya yönəldəcək.
BAKI, 22 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Böyük İyirmilik" (G20) ölkələrinin sammitinə dəvət olunub.
Bunu "G20"yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.
O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib.
Tədbirin aparıcısı Rusiya Prezidenti Vladimir Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir suala cavabında deyib: "Dəvət etmişik. Çünki dəvətlər əvvəlcədən göndərilir. Artıq G20-yə daxil olan bütün ölkələr öz dəvətlərini alıblar".
“Bloomberg” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ lideri Co Bayden Rusiya Prezidentinin sammitdə iştirakının qarşısını almaq üçün bu il G20-yə sədrlik edən İndoneziyaya təzyiq göstərib.
“Bloomberg”in məlumatına görə, Putin G20 sammitində iştirak hüququnu özündə saxlasa, bəzi ölkələrin liderləri orada iştirakdan imtina edə və ya aşağı səviyyəli nümayəndə heyətlərini göndərə bilərlər.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentin növbəti G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərar vəziyyətin inkişafından asılı olaraq veriləcək. Onun sözlərinə görə, Kreml bu halda əsas diqqəti təşkilatçıya - İndoneziyaya yönəldəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0