CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfvlə bağlı 200-dən çox müraciətə baxılıb

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasında 100-dən çox müraciətə baxılıb.
BAKI, 29 aprel — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Məlumata görə, iclasda 100-dən çox müraciətə baxılıb. Növbəti iclasın gələn həftə keçirilməsi planlaşdırılır.
Bununla da Əfv Məsələləri Komissiyasında baxılan müraciətlərin sayı 200-ü keçib.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0