Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı musiqiçi tatarları heyran etdi

© pixabay / marybettiniblankSəhnə
Səhnə - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
İstedadlı müğənnilər və azərbaycanlı dirijorun məharətli ifası dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanıb.
BAKI, 29 aprel — Sputnik. Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının dəvəti ilə Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə dahi italyan bəstəkarı Qaetano Donisettinin "Sevgi şərbəti" (L"elisir d"amore) operasının uğurlu nümayişi olub. Üç nüfuzlu teatrın solistlərinin yer aldığı tamaşa böyük səbirsizliklə gözlənilirdi. Biletlər artıq bir neçə həftə öncədən tam olaraq satılıb. Həmin tamaşaya 2014-cü ildə tanınmış rus rejissoru Yuri Aleksandrov quruluş verib.
Qeyd edək ki, Tatarıstan Dövlət Opera Teatrının direktoru Raufal Muxamedzyanov tamaşadan sonra dirijor Əyyub Quliyevi uğurlu tamaşa münasibətilə təbrik edərək dahi rus opera müğənnisi Fyodor Şalyapinin 150 illiyinə həsr olunmuş beynəlxalq festivala dəvət edib.
Məlumat üçün bildirək ki, Prezident mükafatı laureatı olan Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur. Tanınmış musiqiçi 2020-ci ildə mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl Xaç" ordeni ilə təltif olunub.
O, Xalq artisti, tarzən Ramiz Quliyevin oğludur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Композитор Амиров - Sputnik Azərbaycan, 1920, 22.11.2018
MƏDƏNİYYƏT
Azərbaycan musiqi sənətinin unudulmaz nümayəndəsi
Xəbər lenti
0