CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq

© Sputnik / Rahim MuradovTalış meşələri, arxiv şəkli
Talış meşələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
2023-cü ilin sonuna qədər meşə fondu ərazilərinin xəritələrinin elektronlaşdırılmasının yekunlaşdırılacağı nəzərdə tutulur.
BAKI, 29 aprel — Sputnik. 2023-cü ilin sonuna qədər Azərbaycanın bütün meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq.
Bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev deyib. O bildirib ki, "Azərkosmos" və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında danışıqlar aparılır:
"Danışıqlar uğurlu nəticə verərsə, hazırlanacaq yeni proqram çərçivəsində ağac növlərinin, meşə və kol cinslərinin bir-birindən ayırd edilməsi üçün texniki imkanlar yaranacaq. Eyni zamanda, innovativ tədbirlərdən biri də meşə fondu torpaqlarının region xəritələrinin yazılmasıdır.
Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanılıb. 2023-cü ilin sonuna qədər meşə fondu ərazilərinin xəritələrinin elektronlaşdırılması yekunlaşdırılacaq. Artıq 19 rayon üzrə meşə ərazilərində ölçmə işləri aparılıb. Bəzilərində artıq kameral işlər də yekunlaşdırılıb".
Qeyd edək ki, ölkə üzrə vahid elektron xəritələrin yaradılması və həmin xəritələrdə Meşə Fonduna, Milli Parklara və sahibkarlara aid olan torpaqların dəqiqliklə göstərilməsi prosesinin sürətləndirilməsi daim müzakirə olunurdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0