Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti yüz on dolları keçib

© Sputnik / Максим Богодвид / Mediabanka keçidНефтяные качалки в Татарстане
Нефтяные качалки в Татарстане - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
Ukraynada baş verən hadisələr və ən böyük neft idxalçısı Çində COVİD-19-a yoluxmaların artması neft qiymətlərinin kəskin dalğalanmasına səbəb olub.
BAKI, 29 aprel - Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin qiyməti 2,83 dollar artaraq 110,17 dollar olub.
London birjasında “Brent” markalı neftin qiyməti 0,86 dollar artaraq 108,45 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 0,61 dollar bahalaşaraq 105,97 dollar olub.
Qeyd edək ki, Ukraynada baş verən hadisələr və ən böyük neft idxalçısı Çində COVİD-19-a yoluxmaların artması neft qiymətlərinin kəskin dalğalanmasına səbəb olub. Neftin qiyməti beşinci ayda da artmaqda davam edir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft zavodu - Sputnik Azərbaycan, 1920, 28.04.2022
NEFT-QAZ
Dünyada neft ucuzlaşır, Bakı nefti bahalaşır
Xəbər lenti
0