CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışın altında dərs keçən uşaqlar: Tovuz məktəbinin acınacaqlı halı

© Sputnik / Ilham MustafayevTovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Tovuzun Aşağı Quşçu  kəndində məktəbinin acınacaqlı halı - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Tovuzun Aşağı Quşçu kəndində altmış ildir istifadə edilən məktəb bir dəfə olsun əsaslı təmir edilməyib.
BAKI, 28 aprel — Sputnik. Tovuzun Aşağı Quşçu kəndində şagirdlərin təhsil aldığı 1 nömrəli tam orta məktəb illərdir qəzalı vəziyyətdədir. Bu, həm valideynləri, həm də şagirdləri narahat edir. Məktəb binası 60 il əvvəl inşa edilib və bu günədək əsaslı təmir edilməyib. Nəticədə məktəb şəraitsiz və qəzalı vəziyyətə düşüb.
Valideynlər bildirirlər ki, binanın döşəməsi, sinif otaqları, inventarları köhnə və yararsız halda olsa da, onlardan istifadə davam edir. Sinif otaqları müasir istilik sistemi ilə deyil, odun sobaları ilə isidilir. Bəzən odunla da şagirdlərin istiliyini təmin etmək olmur.
© Sputnik / Ilham MustafayevTovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Tovuzun Aşağı Quşçu  kəndində məktəbinin acınacaqlı halı - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Tovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
4 övladını məktəbə oxumağa göndərən Şahlar Quliyev məktəbin hazırkı durumunun çox acınacaqlı olduğunu söyləyib:
"Məktəb tam qəzalı vəziyyətdədir. İçəri yağış yağır, su düşür. Dam örtüyü, partalar bərbad gündədir. İstilik sistemi, idman zalı, idman meydançası yoxdur. Belə yerdə uşaq necə normal təhsil ala bilər?".
Düzdür, zamanla məktəbdə kollektivin və valideynlərin köməyilə xırda cari təmir işləri aparılıb. Lakin bu, binanın ümumi vəziyyətinə təsir göstərmək gücündə olmayıb. Şagirdlərdən Nihad Cəfərzadə yağışlı günlərdə sinif otaqlarına su damdığını deyib:
© Sputnik / Ilham MustafayevTovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Tovuzun Aşağı Quşçu  kəndində məktəbinin acınacaqlı halı - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Tovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
"Məktəbimizdə normal təhsil almaq üçün şərait yoxdur. Məktəb çox pis vəziyyətdədir. Yağış yağanda üstümüzə su damır. İstəyirik ki, bizim də məktəbimiz qəşəng, müasir olsun, elektron lövhələr olsun. Bu şəraitdə biz əlimizdən gələn qədər yaxşı oxumağa çalışırıq".
Məktəbin biologiya müəllimi Arifə Qocayeva binanın hazırkı durumunda istədikləri kimi dərs keçə bilmədiklərini söyləyib:
"36 idən çoxdur bu məktəbdə işləyirəm. Elə o vaxtdan məktəbimiz bərbad haldadır. Gündən-günə daha da bərbad hala düşür. Siniflərin arası nazik karton arakəsmələrlə ayrılıb. Bu sinifdə dərs keçiriləndə o birində eşidilir, səslər bir-birinə qarışır".
© Sputnik / Ilham MustafayevTovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Tovuzun Aşağı Quşçu  kəndində məktəbinin acınacaqlı halı - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Tovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Məktəb direktoru Gülşən Abbasova isə bildirib ki aidiyyatı qurumlara məktəb binasının qəzalı olması ilə bağlı məlumat verilib. Hazırda bütün kollektiv və valideynlər yeni binanın inşasına başlanacağı günü gözləyirlər.
"Məktəbimiz tikiləndən heç vaxt əsaslı təmir olunmayıb. Müəllim və valideynlərin köməkliyi ilə müəyyən xırda təmir işləri getsə də, məktəbin vəziyyəti yaxşı deyil, əsaslı təmirə ehtiyacı var. Döşəməmiz, tavanımız, qapı-pəncərəmiz pis vəziyyətdədir. Bəzi layihələr olur ki, məktəbdəki şəraitsizliyə görə bu layihələrdə iştirak edə bilmirik", - deyə o, bildirib.
Tovuz rayon təhsil şöbəsindən isə bildirilib ki, təhsil ocağının vəziyyətindən xəbərdardırlar. Bu yaxınlarda yeni məktəbin tikintisinə qərar verilib.
© Sputnik / Ilham MustafayevTovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Tovuzun Aşağı Quşçu  kəndində məktəbinin acınacaqlı halı - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Tovuzun Aşağı Quşçu kəndində məktəbinin acınacaqlı halı
Sözügedən məktəbdə 450-yə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 44 pedoqoji işçi məşğul olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0