https://sputnik.az/20220428/rus-dilinin-tebligi-ucun-beynelxalq-teskilat-yaradilacaq--441506326.html
Rus dilinin təbliği üçün beynəlxalq təşkilat yaradılacaq?
Rus dilinin təbliği üçün beynəlxalq təşkilat yaradılacaq?
Sputnik Azərbaycan
Qazaxıstanın prezidenti Müstəqil Dövlətlər Birliyinin himayəsi altında rus dilinin dəstəklənməsi və təbliği məqsədilə beynəlxalq strukturun yaradılmasını... 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T12:15+0400
2022-04-28T12:15+0400
2022-04-28T12:15+0400
rus dili
siyasət
mdb
https://cdnn1.img.sputnik.az/img/07e6/02/01/438715798_0:156:3085:1891_1920x0_80_0_0_68d790a231bdcb5ff205eca7577bd68d.jpg
BAKI, 28 aprel — Sputnik. Müstəqil Dövlətlər Birliyində rus dilini dəstəkləyən və təbliğ edən beynəlxalq təşkilatın yaradılması təklif edilir.Bu barədə BELTA-ya MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələrinin iştirakı ilə videokonfrans olub.İclası giriş sözü ilə açan MDB İcraiyyə Komitəsinin sədr müavini, icraçı katib Beketjan Jumaxanov qeyd edib ki, Müstəqil Dövlətlər Birliyinin himayəsi altında rus dilinin dəstəklənməsi və təbliği məqsədilə beynəlxalq strukturun yaradılması təklifi Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2021-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirilib. Bu təklif MDB-dəki tərəfdaşlar tərəfindən maraqla qarşılanıb.Rusiya Federasiyası Qazaxıstanın təşəbbüsünü dəstəkləyib. Qeyd olunub ki, rus dilini dəstəkləmək və təbliğ etmək üçün yaradılan beynəlxalq struktur onun prinsiplərini bölüşən, rus dilindən istifadə edən insanları və icmaları birləşdirən bütün dövlətlər üçün baza platforması ola bilər.Görüşdə Qazaxıstan tərəfi rus dilinin dəstəklənməsi və təbliği üzrə beynəlxalq strukturun yaradılması Konsepsiyası ilə bağlı təkliflərini təqdim edib. Müzakirənin nəticələrinə əsasən, ekspert qrupunun cari ilin iyununda keçirilməsi nəzərdə tutulan iclasında müzakirələrin davam etdiriləcəyi qərara alınıb.Görüşdə həmçinin Humanitar Sahədə Əməkdaşlıq Şurasının himayəsi altında işləmək barədə də razılıq əldə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/01/438715798_354:0:3085:2048_1920x0_80_0_0_4ff700d859be91aa020a5de528eccbb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rus dili, mdb
Rus dilinin təbliği üçün beynəlxalq təşkilat yaradılacaq?
Qazaxıstanın prezidenti Müstəqil Dövlətlər Birliyinin himayəsi altında rus dilinin dəstəklənməsi və təbliği məqsədilə beynəlxalq strukturun yaradılmasını təklif edib.
BAKI, 28 aprel — Sputnik. Müstəqil Dövlətlər Birliyində rus dilini dəstəkləyən və təbliğ edən beynəlxalq təşkilatın yaradılması təklif edilir.
Bu barədə BELTA-ya MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələrinin iştirakı ilə videokonfrans olub.
İclası giriş sözü ilə açan MDB İcraiyyə Komitəsinin sədr müavini, icraçı katib Beketjan Jumaxanov qeyd edib ki, Müstəqil Dövlətlər Birliyinin himayəsi altında rus dilinin dəstəklənməsi və təbliği məqsədilə beynəlxalq strukturun yaradılması təklifi Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2021-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirilib. Bu təklif MDB-dəki tərəfdaşlar tərəfindən maraqla qarşılanıb.
Rusiya Federasiyası Qazaxıstanın təşəbbüsünü dəstəkləyib. Qeyd olunub ki, rus dilini dəstəkləmək və təbliğ etmək üçün yaradılan beynəlxalq struktur onun prinsiplərini bölüşən, rus dilindən istifadə edən insanları və icmaları birləşdirən bütün dövlətlər üçün baza platforması ola bilər.
Görüşdə Qazaxıstan tərəfi rus dilinin dəstəklənməsi və təbliği üzrə beynəlxalq strukturun yaradılması Konsepsiyası ilə bağlı təkliflərini təqdim edib. Müzakirənin nəticələrinə əsasən, ekspert qrupunun cari ilin iyununda keçirilməsi nəzərdə tutulan iclasında müzakirələrin davam etdiriləcəyi qərara alınıb.
Görüşdə həmçinin Humanitar Sahədə Əməkdaşlıq Şurasının himayəsi altında işləmək barədə də razılıq əldə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.