Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Rəqəmsal savadlılığı təmin etməliyik - Nazir

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Əmrullayev bildirib ki, Azərbaycan dili fənnində vətəndaşa verilən məqalədə məlumatın doğru və ya səhv olması bacarıqları ölçülmür, buna edilən cəhdlər isə ciddi emosional mühafizəkarlıqla üzləşir.
BAKI, 28 aprel - Sputnik. "Hazırda informasiya texnologiyaları ixtisası üzrə sənəd verən məzunlar üçün gələcəkdə qəbul imtahanlarında informatika fənni ayrı salınacaq". Bunu təhsil naziri Emin Əmrullayev deyib.
"Çünki bu gün kimsə İT ixtisası üzrə informatika fənnindən ayrılıqda imtahan vermir. Amma heç kim də buna narazılığını bildirmir. Nazirlik olaraq inandırmağa çalışırıq ki, əslində bu faydalı və gərəklidir. Proses tətbiq olunanda haqlı və haqsız narazılıqlar ola bilər. Təbii ki, bunu aradan qaldırmaq lazımdır".
Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri də məktəblərdə rəqəmsal savadlılığın təmin edilməsidir:
"Çünki bu gün bizim məktəblərdə nə baş verirsə, təxminən 15-20 ildən sonra cəmiyyətdə, iqtisadiyyatda baş verəcək məsələlərdəndir".
Daha sonra nazir tədqiqatlara əsaslanan fikirlərin bildirilməsinin vacibliyini qeyd edib:
"Bəzi hallarda həssas və mürəkkəb məktəb məzmunu mövzusunda emosionallıqla proqmatiklik arasında balansı itiririk. Bəzi proqmatik bacarıqlar var ki, cəmiyyətin, eləcə də dünyanın müqavimət göstərməyə lüzum olmayan sahələridir. Yəni biz istəsəkdə, istəməsək də dünya rəqəmsallaşır".
E.Əmrullayev onu bildirib ki, Azərbaycan məktəblərində hazırda 17 fənn tədris olunur və onların hər biri sahə mütəxəssisi üçün müqəddəsdir:
"Müasir təhsil sistemində doğmalaşmış fənlərin mahiyyəti çoxdan mənasını itirib. Fənlərin daxilində olan bacarıqların tədrisi təhsilin bir hissəsidir. Biz müstəqil şəkildə fənləri hələ də ayrı-ayrı tədris ediriksə, onların müqəddəsliyinə inanırıqsa, düşünürəm ki, səhv edirik. Rəqəmsallaşmanın fənlərin daxilinə inteqrasiyası vacib pedoqoji sualdır".
"Hər birimizin müqəddəs hesab etdiyi Azərbaycan dili fənnində vətəndaşa verilən məqalədə məlumatın doğru və ya səhv olması bacarıqlarını ölçmürük. Cəhd etdikdə isə ciddi emosional mühafizəkarlıqla üzləşirik. Cəmiyyət olaraq balansda vətənpərvərlik və rəqəmsal bacarıqların arasında mübahisə etməyə başlayırıq. İstənilən fənlərin tərkibində rəqəmsal bacarıqları necə tətbiq edə bilərik sualı olduqca vacibdir", deyə - nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0