CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida əlavələri üçün əmtəə nişanının tələb olunacağı müddət uzadılıb

CC BY-SA 3.0 / Ragesoss / B vitamin Qida əlavələri
Qida əlavələri - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Müəyyən çətinliklərlə əlaqədar olaraq qida əlavələri üçün əmtəə nişanının tələb olunacağı müddət uzadılıb.
BAKI, 28 aprel — Sputnik. Bioloji fəallığa malik qida əlavələrinin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənədin tələb olunacağı müddət uzadılıb.
Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, belə məhsulların əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənədin əldə olunması ilə bağlı hazırda qarşılaşdıqları müəyyən çətinliklər yaranıb.
APA-nın xəbərinə görə, bununla əlaqədar ərizəçilərin (fiziki və hüquqi şəxslər) "Analitik Ekspertiza Mərkəzi" PHŞ-nə olunan rəsmi və qeyri-rəsmi çoxsaylı müraciətlərini nəzərə alaraq, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənəd 01.05.2022-ci il tarixindən deyil, 01.09.2022-ci il tarixindən etibarən rəsmi şəkildə tələb olunacaq.
Qeyd edək ki, sənədlərin qəbulu zamanı "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "F" bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmədiyini əsas tutaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın 3.3.1. yarımbəndində göstərildiyi kimi "BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası" haqqında əlavə sənəd rəsmi şəkildə tələb olunacaq.
Bütün ərizəçilərin bu tələbi yerinə yetirmələri zəruridir, əks halda AEM tərəfindən sənədlərin ekspertizaya qəbulundan imtina ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0