https://sputnik.az/20220428/prezident-nato-bas-katibinin-qafqaz-ve-merkezi-asiya-uzre-xususi-numayendesini-qebul-edib-441523935.html
Prezident NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
Prezident NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
Sputnik Azərbaycan
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi və sair məsələlərə dair fikir mübadiləsi aparılıb. 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T18:41+0400
2022-04-28T18:41+0400
2022-04-28T19:06+0400
siyasət
prezident
nato
baş katib
xüsusi nümayəndə
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1c/441524670_0:0:2867:1612_1920x0_80_0_0_412f8148c545059644c7b6ee322a5c6b.jpg
BAKI, 28 APREL - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.Görüş əsnasında Xavyer Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı xahiş edib.Görüşdə dövlətimizin başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlanıb.Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edilib.Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1c/441524670_58:0:2787:2047_1920x0_80_0_0_72c13fb303ef0f7b56662047fc234783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, nato, baş katib, xüsusi nümayəndə, görüş
prezident, nato, baş katib, xüsusi nümayəndə, görüş
Prezident NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
18:41 28.04.2022 (Yenilənib: 19:06 28.04.2022) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi və sair məsələlərə dair fikir mübadiləsi aparılıb.
BAKI, 28 APREL - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Görüş əsnasında Xavyer Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı xahiş edib.
Görüşdə dövlətimizin başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlanıb.
Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edilib.
Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.